Yaxın vaxtlarda “Ekologiyanın dostları” və “Ekologiyanın düşmənləri”nin adları məlum olacaq. Bu barədə “EKO -2010 ”Gənclər Koalisiyasından Modern.az-a məlumat verilib. Bildirlib ki, təşkilat ölkə ərazisində sorğular və monitorinqlər aparır. Koalisiyanın tərkibində komisiya yaradılıb. Komisiya sorğulardan, monitorinqlərdən və daxil olmuş digər informasiyaları araşdırır.
“EKO -2010 ”Gənclər Koalisiyası bəyan edib ki, “Ekologiyanın dostu” Milli Mükafatının sahibləri hər bir peşə sahibləri, hüquqi və fiziki şəxslər, siyasətçilər, sənətçilər, idmançılar ola bilər. KİV-lər də ekologiya haqqında yazdıqları məlumatlara, TV və radio verilişlərində apardıqları ekoloji maarifləndirməyə görə mükafatlandırılacaq.
Həmçinin ekologiyamızı korlayanlar, ekoloji qaydalara əməl etməyənlər də müəyyən olunacaq və onlar “Ekologiyanın düşmənləri” adlandırılacaq!
Monitorinq və sorğuların nəticəsi olaraq Həm “Ekologiyanın dostları”nı, həm də “Ekologiyanın düşmənləri”nin siyahısı KİV vasitəsi ilə ictimaiyyətə çatdıracağıq.
Hər kəs öz irad və təkliflərini koalisiyanın e-mail ünvanlarına: [email protected] [email protected] yaza bilər və telefon vasitəsi ilə (012-5110554, 055-6365846) bildirə bilər.
Modern.az