Modern.az

İcma BFT-in baş katibini ehtiyatlı olmağa ÇAĞIRDI

İcma BFT-in baş katibini ehtiyatlı olmağa ÇAĞIRDI

Qərbi Azərbaycan

19 Oktyabr 2023, 09:52

Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir. Bu xüsusda, BFT-nin baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

 

Qeyd edilib ki, Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması açıq-aşkar qərəz və ikili standartların təzahürüdür.

 

“Qərbi Azərbaycan İcması BFT-nin baş katibini Ermənistan və Fransanın Azərbaycana qarşı çirkin fəaliyyətində alətə çevrilməməyə və Azərbaycanla bağlı açıqlamalarında ehtiyatlı və məsuliyyətli olmağa çağırır”, - bəyanatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…