Modern.az

İlaxır çərşənbə belə qeyd olundu - FOTOLAR

İlaxır çərşənbə belə qeyd olundu - FOTOLAR

Reportaj

15 Mart 2022, 22:30

Torpağın oyandığı, həyatın canlandığı gün... 

 

Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçərək bu günümüzə kimi gəlib çıxıb. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilir, xüsusi bayram kimi qeyd edilir. 

 

Bu gün Novruz çərşənbələrinin sonuncusu - İlaxır çərşənbədir. Adət-ənənəyə görə, çərşənbə günü tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı, azar-bezarı yandırırlar. Əvvəlki kimi təmtəraqlı olmasa da, bu gün ölkənin digər bölgələri ilə yanaşı paytaxt Bakıda İlaxır çərşənbə qeyd olunub. 

 

Paytaxtımızda qalanan tonqalların ətrafına toplaşan sakinlər bir-birilərini təbrik edərək, bahar təravətli arzu- istəklərini çatdırıblar. Təbii ki, İlaxır çərşənbənin qeyd olunmasına ən çox sevinənlər məhz azyaşlılar oldu. Onlar qapılara papaq atıb, sovqat toplayaraq, sözün əsl mənasında bayram sevinci yaşadılar.

 

Modern.az Bakının müxtəlif yerlərindən lentə aldığı bayram əhval-ruhiyyəli fotoları təqdim edir:

 

Hazırladı: Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı