Modern.az

Yeni doğulan körpələrin qeyri-adi adları: Qəmlo, Ataman, Xan, Gümüş, Dua...

Yeni doğulan körpələrin qeyri-adi adları: Qəmlo, Ataman, Xan, Gümüş, Dua...

Reportaj

1 Noyabr 2023, 12:30

Son 5 ildə Azərbaycanda yeni doğulan 2 körpəyə Qəmlo adı verilib.

 

Bu barədə Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatda bildirilib.

 

Həmin körpələrdən biri 2021-ci ildə, digəri 2022-ci ildə dünyaya gəlib.

 

Rəsmi məlumata görə, 2023-cü ildə doğulan 1 körpəyə Ataman adı qoyulub.

 

Son 5 ildə dünyaya gələn 20 uşağın doğum haqqında şəhadətnaməsinə Həzrətəli adı yazılıb.

 

Son 5 ildə 3 körpəyə Qarakişi, 1 körpəyə Böyükkişi adı verilib.

 

15 uşaq valideynləri tərfindən Ağca adlandırılıb.

 

Rəsmi məlumata görə, 2019-2023-cü illərdə 194 körpəyə Xan adı qoyulub.

 

Son 5 ildə 20 uşağa Dəmir, 18 körpəyə isə Gümüş adı verilib.

 

2019-2023-cü illərdə yenidoğulan 3 uşağa Bağban, 3-nə Təbib, 2-sinə Bülbül, 5-nə Dostuxanım, 4-nə Dua, 1-nə Duana adı qoyulub.

 

Daha 25 körpə isə Allahşükür adlandırılıb.

 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır