Modern.az

Hökumətin yaşlı və gənc məmurları - Nazirlər Kabineti üzvlərinin təvəllüdü - SİYAHI

Hökumətin yaşlı və gənc məmurları - Nazirlər Kabineti üzvlərinin təvəllüdü - SİYAHI

Reportaj

6 Noyabr 2023, 17:28

Son illər Azərbaycan hökuməti idarəetmə aparatında gənc kadrları irəli çəkməyə başlayıb. Bununla yanaşı, hökumətdə hələ də yaşlı kadrlar da çalışmaqdadır. Hazırda mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən vəzifəli şəxslər arasında ən yaşlı və ən gənc məmurlar kimlərdi?


Modern.az saytı Nazirlər Kabineti üzvlərinin yaşını araşdırıb.


Baş nazir Əli Əsədov 1956-cı ildə anadan olub, onun 67 yaşı var.
 

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci il təbvəllüdlüdür, 78 yaşı var.
 

Baş nazirin müavini Əli Əhmədov 1953-cü ildə doğulub. O, 70 yaşını bu ilin əvvəlində tamamlayıb.


Baş nazirin müavini Şahin Mustafayev 1965-ci ildə dünayana gəlib, hazırda 58 yaşı var.


Səhiyyə naziri Teymur Musayev 1970-ci il təvəllüdlüdür, o, sentyabrın 16-da 53 yaşını tamamlayıb.
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – 1954-cü il. O da təqaüdə çıxma yaşını çoxdan geridə qoyub – 69 yaş.
 

Ədliyyə naziri Fikrət Məmmədov – 1955-ci il, 68 yaşı var.
 

Müdafiə sənayesi naziri Mədət Quliyev 1958-ci ildə doğulub. Nazir bu il sentyabrın 27-də 65-i haqlamaqla pensiya yaşına çatıb.


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də 1958-ci il təvəllüdlüdür, general-polkovnik noyabrın 8-də 65 yaşını tamam edəcək.
 

Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə anadan olub. Hazırda 64 yaşı olan nazir gələn il pensiya yaşına tamamlayacaq.
 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci il təvəllüdlüdür - 62 yaş.


1961-ci il doğumlu maliyyə naziri Samir Şərifov da 62 yaşındadır.
 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 1962-ci ildə doğulub – 61 yaş.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da 1962-ci il təvəllüdlüdür – 61 yaş.
 

Gənclər və idman naziri Fərid Qayıbov 1979-cu ildə anadan olub. O, hökumətdəki nisbətən gənc nazirlərdəndir – 44 yaş.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov 1970-ci ildə doğulub, 53 yaş.
 

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 1965-ci il, 58 yaş.
 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – 1967-ci il, 56 yaş.


Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev – 1967-ci il, 56 yaş.
 

Daxili işlər naziri Vilayət Eyvazov – 1968-ci il, 55 yaş.
 

Energetika naziri Pərviz Şahbazov – 1969-cu il, 54 yaş.
 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – 1970-ci il, 53 yaş.
 

Xarici işlər naziri Ceyhun Bayramov 1973-cü ildə doğulub. Nazir bu il yubileyini – 50 yaşını qeyd edir.


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov – 1965-ci il doğumludur, 58 yaş.
 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – 1975-ci il, 48 yaş.
 

İqtisadiyyat naziri Mikayıl Cabbarov – 1976-cı il, 46 yaş.
 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü ildə anadan olub. Nazir bu il sentyabrın 15-də 40 yaşını tamamlayıb.


Rəqamsal inkişaf və nəqaliyyat naziri Rəşad Nəbiyev – 1977-ci il, 46 yaş.


Mədəniyyət naziri Adil Kərimli – 1979-cu il, 44 yaş.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev – 1977-ci il, 46 yaş.


Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov – 1977-ci il, 46 yaş.
 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – 1979-cu il, 44 yaş.
 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 1980-ci il, 43 yaş.


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – 1980-ci il, 43 yaş.
 

Elm və təhsil naziri Emin Əmrullayev – 1982-ci il, 41 yaş.


Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov – 1946-cı il, 77 yaş.
 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!