Modern.az

Məşhurların övladları: Mənsum İbrahimovun diplomat qızı

Məşhurların övladları: Mənsum İbrahimovun diplomat qızı

Reportaj

8 İyul 2015, 00:07

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız tanınmış xanəndə, Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qızı Aysel İbrahimli haqqındadır.

Bu il 55 illik yubileyini qeyd etməyə hazırlaşan Mənsum İbrahimov Azərbaycanın sevilən muğam ifaçıları sırasında yer alır. Əvvəlcə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, ardınca Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş istedadlı xanəndə vaxtilə Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. O, bu teatrın səhnəsində 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər, həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır.

Mənsum İbrahimov Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində ləyaqətlə təmsil edib.

M.İbrahimov Azərbaycan Milli Konservatoriyasında müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti,2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Mənsum İbrahimov Azərbaycan Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunub, Prezident  Mükafatına layiq görülüb.

Mənsum İbrahimov 4 övlad atasıdır, 3 qız, 1 oğlan.

Bakıda anadan olmuş xanəndənin böyük qızı Aysel İbrahimli orta və ali təhsili bitirəndən sonra diplomatiya sahəsində çalışmağa başlayıb. Aysel xanım uzun müddətdir Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşıdır. Əvvəllər səfirliyin  attaşesi vəzifəsini tutan Aysel İbrahimli hazırda 3-cü katib postunda çalışır.
Yeri gəlmişkən sənətkarın diplomat qızı elə həmkarı ilə ailə qurub. Yəni Aysel xanımın həyat yoldaşı Süleyman Rüstəmov da diplomatiya sahəsində çalışır.
Cütlüyün toyu 2011-ci ilin noyabrında olub və hazırda onların bir övladı var.

Hələ o zaman jurnalistlərə toy mərasiminin işıqlandırmasına razılıq verməyən xanəndə qızının istəyi ilə belə qərar qəbul etdiyini söyləmişdi.
Xanəndə deyir ki, onun özü səhnə adamı olsa da, övladları heç vaxt efirdə görünmək istəməyiblər. “Evimizdə çəkiliş olsa belə, məndən xahiş ediblər ki, onları çəkib ekranda göstərməsinlər. Çox vaxt televiziya işçiləri buna görə məndən inciyirlər də. Amma neyləyə bilərəm, xasiyyətləri belədir".
Bu səbədən də rubrikanın əvvəlki yazılarından fərqli olaraq, bu dəfə qəhrəmanın şəklini təqdim edə bilmədik…

A.Qorxmaz

**.

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/ 

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/  

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/

Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/

Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/

Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/ 

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/

Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/

Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/

Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/

Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/

Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/


Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/

Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/

Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/

Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/

Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/

Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/

Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/

Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/

Maqsud İbrahimbəyovun rejissor oğlu – FOTO
//modern.az/articles/76828/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!