Modern.az

Daxili işlər naziri vətəndaşların şikayətilə əlaqədar tapşırıqlar verib

Daxili işlər naziri vətəndaşların şikayətilə əlaqədar tapşırıqlar verib

Təhsil

4 İyun 2011, 16:06

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində vətəndaşların qəbulunu keçirib. DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin gün rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd və Zəngilan rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək