Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru öz ərizəsi ilə işdən ayrılıb.
Modern.az-ın məlumatına görə, filialın direktoru, professor Əli Allahverdiyev universitetdə digər vəzifəyə təyin olunub. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib.
Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.