Modern.az

Təhsil Nazirliyində yeni kadr təyinatı oldu

Təhsil Nazirliyində yeni kadr təyinatı oldu

Təhsil

2 May 2013, 09:55

Azərbaycan Təhsil Nazirliyində yeni nazir Mikayıl Cabbarovun işə başlamasından sonra ilk kadr təyinatı olub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Aparat rəhbəri İlham Pirməmmədovun yeni - ikinci müavini təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir. Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır.

Qeyd edək ki, aprelin 19-da ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!