Modern.az

Litva Seymində Azərbaycan parlament dostluq qrupunun görüşü keçiriləcək - XƏBƏR

Litva Seymində Azərbaycan parlament dostluq qrupunun görüşü keçiriləcək - XƏBƏR

17 Sentyabr 2013, 12:29


Sentyabrın 18-də Litva Seymində  Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək. Bu barədə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov məlumat verib. Görüşdə iki ölkə parlamentləri arasındakı münasibətlər müzakirə olunacaq.

Azərbaycan Milli Məclisinin deputatları səfər çərçivəsində Litva parlament sədrinin müavini Algirdas Sisas, Seymin xarici əlaqələr komitəsinin sədri Benediktas Yoda və Litva xarici işlər nazirinin müavini Andryus Krivas ilə də görüşəcəklər. 

Vilnüsdə keçirləcək müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rasim Müsabəyov iştirak edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı