Modern.az

2026-cı ildə müəllimlər 1000 manatdan yuxarı maaş alacaqlar - Komitə sədri

2026-cı ildə müəllimlər 1000 manatdan yuxarı maaş alacaqlar - Komitə sədri

6 Mart 2024, 10:28

Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu, stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsilverənlərin öz üzərilərində çalışmaları, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir, digər tərəfdən isə onların maaşlarının artırılmasına təsir göstərir. Kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı olacağına dəlalət edir.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin martın 6-da keçirilən iclasında deyib.

 

Komitə sədri bildirib ki, bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var.

 

“Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”, - deyə o əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!