Modern.az

329 məktəbdə şagird davranış qaydaları tətbiq olunur

329 məktəbdə şagird davranış qaydaları tətbiq olunur

Təhsil

6 Mart 2024, 12:19

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”ı ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir".

 

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün brifinqdə məlumat verib.

 

O bildirib ki, bu, ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edir.

 

"Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!