Modern.az

Emin Əmrullayev Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Təhsil

6 Mart 2024, 16:04

Elm və təhsil naziri Emin Əmrullayev martın 15-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!