Modern.az

Hərbi İnstitutda oxumaq istəyənlərin nəzərinə! - Yeni ixtisaslar YARADILDI

Hərbi İnstitutda oxumaq istəyənlərin nəzərinə! - Yeni ixtisaslar YARADILDI

Təhsil

9 Aprel 2024, 12:05

Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün yeni ixtisaslar yaradılıb.

 

Modern.az-ın məlumatına görə, II qrupundan menecment, III qrupdan isə beynəlxalq münasibətlər və tarix ixtisasında oxumaq istəyənlər də Hərbi İnstituta müraciət edə biləcək.

 

Qeyd edək ki, I qrupda “sistemlər mühəndisliyi”, “aerokosmik mühəndislik”, “radiotexnika və telekommunikasiya mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi” və “mexanika mühəndisliyi” ixtisasları mövcuddur.

 

Əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 5 ildir.

 

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

 

İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə müraciət edə bilərlər.

 

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;

- təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması;

- məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;

 

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!