Modern.az

Qırğızıstan Ağdamda orta məktəb tikəcək

Qırğızıstan Ağdamda orta məktəb tikəcək

Təhsil

9 Aprel 2024, 12:30

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

 

"Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir",-məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!