Modern.az

Bu il BDU-nun doktoranturasında 11 yeni ixtisas açıldı

Bu il BDU-nun doktoranturasında 11 yeni ixtisas açıldı

Təhsil

15 Aprel 2024, 10:57

Bakı Dövlət Universiteti (BDU) 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir.

 

BDU-dan Modern.az-a bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə 101 ixtisasa əyani təhsil forması ilə 53, qiyabi təhsil forması ilə 81, dissertanturaya 39 ixtisas üzrə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə 20 ixtisasa əyani təhsil forması ilə 2, qiyabi təhsil forması ilə 19, dissertantura yolu ilə 12 yer ayrılıb.

 

Fəlsəfə doktoru proqramı üzrə “Əmək hüququ, sosial təminat hüququ” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1, “Beynəlxalq münasibətlər” ixtisasından Bakı Mühəndislər Universiteti üçün 1, elmlər doktoru proqramı üzrə “Jurnalistika” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1 məqsədli yer nəzərdə tutulub.

 

Bu il BDU-nun doktoranturasında 11 yeni ixtisas açılıb. Bunlar “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkonologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi”, “Korreksiya pedaqogikası” ixtisaslarıdır.

 

İddiaçılar sənədlərin yerləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinin saytından doktoranturaya elektron sənəd qəbulu üzrə portala daxil ola bilərlər.

 

Sənəd qəbulu prosesi mayın 15-də başa çatacaq.

 

Əlavə məlumatı //md.bsu.edu.az/az/announcementall səhifəsindən əldə etmək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!