Modern.az

Builki qəbul imtahanlarında 700 bal toplayanlar çox olacaq - Ekspert

Builki qəbul imtahanlarında 700 bal toplayanlar çox olacaq - Ekspert

Təhsil

16 Aprel 2024, 15:10

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.


İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 
Qeyd edək ki, martın 3-də keçirilmiş buraxılış imtahanında da 14 nəfər maksimum bal toplamışdı.

Beləliklə, 3 və 10 mart tarixli buraxılış imtahanlarının 53 iştirakçısı maksimum - 300 bal toplayıb.
 

Modern.az-ın məlumatına görə, builki buraxılışimtahanlarında 300 bal toplayan 53 nəfərdən 41-i qız şagirdlərdi.

Təhsil eksperti Kamran Əsədov maksimum bal toplayan şagirdlərin sayının artmasını yaxşı göstərici hesab edir. O, builki göstəricilərin imtahanlar tarixində rekord olduğunu qeyd edib.

“Deməli, bu il 700 bal toplayan abituriyentlərin sayı da ciddi şəkildə çox olacaq”, - ekspert vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!