Modern.az

"İnanıram ki, 700 bal toplaya bilərəm"

Təhsil

16 Aprel 2024, 17:20

Martın 10-da keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərdən biri də Əliyev Məhəmməd Vüsal oğludur. O, Bakı şəhərində yerləşən Ankara Məktəbi məktəb-liseyinin (əvvəlki 77 saylı orta məktəb) 11-ci sinif şagirdidir.

 

Məhəmməd Modern.az-a hansı universiteti və ixtisası seçmək istədiyi barədə danışıb:


"Hədəfimdə 300 bal toplamaq var idi. Ancaq sualların necə olacağını bilmirdim. Sualların mənim  üçün asan olduğunu gördüm. İmtahana xeyli müddətdir hazırlaşıram. Deyərdim ki, ortalamadan çox hazırlaşırdım.  Mənə görə suallar digər imtahanlara görə asan gəldi. İnanıram ki, 700 bal toplaya bilərəm. Ancaq bu həm də suallardan asılıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasını seçmək istəyirəm. Xaricdə təhsil almaq da istiyərəm, lakin hələki belə planım yoxdur".

 

O hesab edir ki, aşağı nəticə göstərənlər az çalışdıqları üçün yüksək nəticə əldə edə bilmirlər:

 

"Yüksək nəticə əldə etmək üçün həm çox çalışmaq, həm də qavramanın yaxşı  olması lazımdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!