Modern.az

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib - FOTO

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib - FOTO

2 May 2024, 16:56

Mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən alternativ məktəbəqədər sinfə mediatur təşkil olunub. 

 

Modern.az xəbər verir ki, mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Mediatur iştirakçılarına məlumat verilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsildən kənarda qalan uşaqların cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi həyata keçirilir. Belə ki, 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər sinif ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb. Sözügedən sinifdə 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub.

 

Mediatur çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

 

Qeyd edək ki, proqram üzrə 16 layihə qalib olub. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi