20 oktyabr 2018, Şənbə
Ana Səhifə - - Rövşən Əliyevi qətlə yetirən “OSMİNOQ” hələ də öz işindədir ...
Rövşən Əliyevi qətlə yetirən “OSMİNOQ” hələ də öz işindədir ...
13.03.2013, 10:29

Bu gün Respublika Prokurorluğu İstintaq İdarəsinin rəis müavini, kriminalist prokoror Rövşən Əliyevin qətləindən 11 il keçir.    
... Mərhum kriminalist prokuror  Rövşən Əliyevlə tanışlığım  mərhüm Ziya Bünyadovun qətlindən sonra başlamışdı. Adətən yazarları, jurnalistləri çox da yaxına buraxmayan Rövşən müəllimlə etibarlı dost ola bilmişdim. Çünki bəzi həmkarlarımdan fərqli olaraq, senssasiya dalınca deyil, fakt dalınca qaçırdım. Və  müstəntiqlər, eləcə də hər hansı müsahibimlə aramızda olan etibarı itirməmək üçün, yalnız onların icazə verdikləri faktları qəzet səhifəsinə çıxarırdım.Sonralar da televiziya efirində səsləndirirdim. Çünki  böyük bir məsuliyyətim var idi, istintaq sirrini yayaramsa, istintaqın gedişinə mane olaram.  Bildiyim istintaq sirlərini yaymadığımdan Rövşən müəllim kimi dost qazanmışdım. 
Həmin ərəfədə həm də Ziya Bünyadovun qətlində  ittiham olunan polis zabiti Nizami Qocayev barəsində də cinayət işininin detallarını araşıdırırdım. Hələ Ziya müəllimin qatili aşkar olunmamışdı, mən isə bilirdim ki, polkovnik Nizami Qocayevin bu qətldən xəbəri yoxdur.  Çünki Nizami Qocayev üçün “ağ sapla qara torba tikən”  istintaq qrupunun müstəntiqləri,  onun ətrafında olan, onunla mütəmadi görüşən  əməkdaşlarını və tanıdıqlarını həbs edəndə, artıq onun həbsinə də hazırlıq getdiyini bilmək üçün  jurnalistə intuisiya-filan gərək deyildi. Polkovnik  Nizami Qocayevlə Daxili İşlər Nazirliyinin İstintaq İdarəsindəki kabinetində görüşümüzdə ona ilk sualım belə olmuşdu:
“Ziya Bünyadovu Siz öldürmüsünüz?”-- , o zaman polkovnikin gözlərinə və üzünün ifadəsinə baxmışdım.  O yalan demirdi.  “Yox”- demişdi.  Daxili intuisiyam da bunu mənə diktə edirdi.
Sonra  Ziya Bünyadovun qətlini araşdıran istintaq qrupunun rəhbəri Rövşən Əliyevlə görüşümüzdə də bu mövzuya dəfələrlə qayıtmışdıq. Günlərin bir günü isə Rövşən müəllim dedi “xanım, indi tam məsuliyyəti ilə deyə bilərəm, Nizami Qocayev, şərlənərək həbs olunub. O şərəfli bir zabitdir, polkovnikdir”.


... Ölkədə adam oğurluğunun və müəmmalı qətllərin baş alıb getdiyi bir vaxt idi.  Prezident Heydər Əliyev bu hadisələrdən sonra az-az adamlara etibar edirdi. Belə etibarlı adamlarından biri də  adlı-sanlı kriminalist prokuror Rövşən Əliyev idi.  1995-2000-ci ullər ərzində ölkədə silsilə qətllər törədilirdi.  Əjdər Xanbabyevin də qətlinin üstünü Röşən Əliyev açmışdı. Əsl cinayətkarları ifşa etmişdi.
Belə  hadisələrində biri də Bakının Soyuducular Zavodunda baş vermişdi.  Zavodda 17-ci polis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilən Camal Əhmədovun qardaşı Çingiz Əhmədov ölkə başçısı Heydər Əliyevə şikayət edəndən sonra, hadisənin istintaqı Rövşən Əliyevə tapşırıldı. Rövşən Əliyev bu işin öhdəsindən layiqincə gəldi.  Bir acizin dadına yetişən Rövşən Əliyev neçə-neçə  imkanlının, vəzifəsindən sui-istifadə edərək,  qanı batırmaq istəyənlərin  cəzalanmasına nail oldu. Hədələr, tələlər, tələblərdən keçdi. Lakin haqdan dönmədi. Onun ittiham etdiyi cinayətkarlar himayədarlarının köməyilə Azərbaycandan xaricdə gizlənsələr də, tapılaraq, layiqli cəzalarını aldılar. Rövşən Əliyev obyektiv bir hüquqşünas idi. O , faktların dili ilə danışmağı sevirdi. 
Sonuncu səs-küylü qətl hadisəsi olan  akademik  Ziya Bünyadovun  ölümü  üzrə  işləyən istintaq qrupunun da rəhbəri  Rövşən Əliyev idi. Ziya Bünyadovun qətli ilə bağlı cinayət işi təkmili istintaqa qayıtdıqdan sonra, Heydər Əliyev  təkrar itintaqı, əsl həqiqəti aramağı da ona tapşırmışdı.  Özü isə hadisələri nəzarətdə saxlayır,  işin gedişatı ilə şəxsən maraqlanırdı. Rövşən Əliyev tez-tez ölkə rəhbəri ilə görüşür, işin istintaqı, nəticələr, ziddiyyətlər barədə ölkə başçısını məlumatlandırırdı. Rövşən Əliyev məsuliyyətinin nə qədər böyük olduğunu yaxşı dərk edirdi. Gecə-gündüz əqidədaşları ilə çalışırdı. Yenə də qətlin iştirakçılarını tapdılar.  Və rəhbərlik  etdiyi istintaq qrupunun əməkdaşları  ilə birlikdə bu qətlin açılması  çox insanlara vurulan şərəfsizlik  ləkəsini geri götürdü. 
O, adı Ziya Bünyadovun qətlində sifarişçi kimi hallanan “polkovnik Nizami Qocayevin Ziya Bünyadovun  qətlində əli olubmu?” kimi düşünənlərin də fkirlərinə aydınlıq gətirdi.  Və Nizami Qocayevi təmizə çıxarmaqdan çəkinmədi. Onun başçılıq etdiyi istintaq qrupunun dəqiq məntiqi və təhqiqatı nəticəsində isə Ziya Bünyadovun qatilləri aşkar edildi. Azərbaycan torpağında doğulan , “Hizbullah” təşkilatına xidmət edən, canilər və cinayətkarlar həbs olundu. Lakin o inanırdı ki, Ziya Bünyadovun qətlinin sifarişçilərindən  və iştirakçılarından biri olan  Tariyel Ramazanovu da  ittiham edəcək. Çünki  Nizami Qocayevi  ittiham edən, respublika Baş Prokurorluğunun  istintaq qrupu, çox rahat şəkildə  Ziya Bünyadovun  qətlindən xəbərdar olan, hətta bir çox krinminal hadisələrdə əli olan, lakin gözə görünməyən mühafizəkarları tərəfindən qorunan Taraiyel Ramazanovu ölkədən qaçırmışdılar.

Əfsuslar olsun ki, Nizami Qocayev əfv ediləndən bir neçə saat sonra Rövşən Əliyevin özü qətlə yetirildi.  Heç nahaqdan tutulan, həm də Rövşən Əliyevin danılmaz sübutları, faktları qarşısında bəraət alan dostu və həmkarı Nizami Qocayevin həbsdən azad olunması xəbərinin məmnunluğunu yaşamağa, onu təbrik etməyə vaxt tapmadı. Əslində, Nizami Qocayevin  həbsdən buraxılması,  ölkədə şərəf sahibi, hörmət sahibi olan  Rövşən Əliyevin yeni bir qələbəsi idi. O yenə də, ölkə prezidentinin etimadını doğrultmuşdu.  Əsl həqiqəti açıb ortaya qoymuşdu.  Bəlkə də Nizami Qocayevlə görüşlərində daha başqa mətləblər açılacaqdı?!  Bəlkə barəsində açılan cinayət işinin xətmindən sonra çox şey dəyişiləcəkdi?!  Bütün bunlar Rövşən Əliyevlə Nizami Qocayevin görüşündən sonra baş verə bilərdi. Lakin yenə mane oldular. Elə həmin gecə, martın 13-ü, 2002-ci ildə  Nizami Qocayevin həbsdən azad olması barədə fərman imzalanandan bir neçə saat sonra Rövşən Əliyevi də vurdular...

... 13 mart 2002-ci il.  Apardığım jurnalist araşdırmalarımın gözəl nəticəsi kimi, yazdıqlarım öz təsdiqini tapmışdı. Sevinə-sevinə evə gəlib, atama Nizami Qocayevin azad olunması xəbərini verməli idim.  Axşam xəbərlərinə baxmaq üçün televizoru açdım. Diktor xəbər oxudu. Bakının Axundov bağının yanında bir prokurorluq əməkdaşının qətlə yetirildiyini elan etdi. Və ardınca da Rövşən Əliyevin adını çəkdi. Onun ardınca isə o vaxt  hadisələri olduğu kimi göstərən ANS-çilərin  lentindən bir məqam nümayiş olundu. Rövşən Əliyevin oğlu Rain atasının qanlı meyidini qucaqlayıb, bağıraraq  böyük bir məmuru  ana söyüşü ilə təhqir etdi. Yəni bunu hətta bu gün  Axundov bağının yanındakı həmin həyətdə yaşayanlar, hadisə yerinə gələn əməliyyat- axtarış qrupunun üzvəri də  yaxşı xatırlayırlar. Eşitdiyimə görə sonralar o kasseti istintaq qrupu ANS-çilərdən götürmüşdü.  Burda bir  maraqlı və dəyərli məqamı xatırlamaq istəyirəm. Adətən  başına bəla gələn, adamı öldürülən şəxs bəlanın hardan gəldiyini hiss edir. Və ya yaxşı bilir. Ona görə də peşəkar istintaqçılar adətən, ölüm və ya qanlı hadisə baş verən ailənin, məhəllənin  içərisində dolaşıb, həmin məqamı tutur. Yaralı odlu olar, həm də kritik anda insanların çoxunun beyni düzgün işləyir. Hadisələrə aydın qiymət verməyi bacarırlar. Bunu ona görə deyirəm ki, Rain yaxşı bilirdi, atasına güllə hardan dəyib, kim tərəfindən  vurulub. Ancaq o gülləni vuranı tapmaq üçün ikinci bir Rövşəni hardan tapasan indi?!

... Ziya Bünyadova edilən terrordan sonra, bu da əslində terror idi. Rövşən Əliyevə qarşı edilən terror. Çünki Rövşən çox sirləri bilirdi.  Həmin gün adam oğrularının başçısını, “osminonqu” həbs etməli idi.  Bir gün əvvəl evinin xanımı İradəyə demişdi ki, 3 gün ərzində adam oğrularını da həbs edib, adam oğrularının başçısını-mafiyanın rəhbərini tutub, dincələcəkdı. Və bu işdən əl çəkəcəkdi.   

Ölümündən bir neçə gün sonra İradə xanımla  söhbətimizdə, o, maraqlı məqamlar anlatdı, dedi ki,  kiçik oğlu Orxanla morqa çatanda  artıq orda adamlar dolu idi. Üzünü ordakı generallara  tutub deyib ki, “Rövşən işləyib, general rütbəsini isə siz almısınız. Deyib ki, “AY ŞƏRƏFSIZLƏR, Rövşənin qanını batıra bilməyəcəksiniz. İstintaqla olmasa da, Allah verəcək cəzanızı. Mən Rövşənin qanlı meyidini qucaqlamışam, onu öldürən və öldürtdürən heç qucaqlamağa baş daşı da tapmayacaq”.
Oğlu Rain isə anasına deyib ki, “ana, atamızı tanıdığı adam vurub. Kriminalistikanın qanunlarını bilirəm. Çünki atamın üzündə narazı bir ifadə var idi. Onu geri çağırıblar, dönüb baxıb, vuran adamı tanıyıb”. İradə xanım onu da deyirdi ki, “Rövşən müəllim, tanıdığı adamla görüşə gedibmiş. Əks halda, o belə görüşlərə silahsız getməzdi”.

...Azərbaycanda baş tutan  növbəti terrorun motivini dəyişsinlər deyə, Rövşən Əliyevi əməliyyat məlumatı almaq üçün getdiyi bir qadının qapısı ağzında vurmuşdular. Və nə yazıqlar olsun ki, yaman əllər onu qətlə yetirəndən sonra, yaman dillər qətlinə don geydirmək istədilər. Onu əvvəlcə “Svetlananın evinə gedərkən”,  daha sonra isə “Lyudmilanın qonağı olarkən qətlə yetiriblər” kimi heç bir etik normaya sığmayan şayiələrlə ləkələmək istədilər. Rövşən istintaqçı idi. Onun çox sayda gizli əməliyyatçıları var idi.  İstintaq təcrübəsindən isə qadınların bu işə daha yaxşı yaraması məlumdur. Bu isə əslində cinayətin izinin azdırılaraq məişət zəmininə yönəldilməsi üçün işlənən versiya idi. Nə yaxşı ki, bu yalan nə ayaq tutdu, nə də yeridi. 

Onu sevməyənlər həqiqəti sevməyənlər idi. İstər Respublikanın hərbi prokuroru işləyəndə, lap elə  sonra Baş Prokurorluqda Kriminalistika idarəsinin rəisi işləyəndə də düzü də, əyrini də düzlə kəsmişdi. Həmişə özünü hamıdan kiçik, hamıdan azbilən saysa da, çox mətləbləri bilirdi. Sirlərılə dolu ürəyində Əjdər Xanbabayevin qatillərini, Soyuducular Zavodunda baş verən qanlı qətlləri, Ziya Bünyadovun illərdən bəri açılmayan qətlini araşdıranda çapıqlar yaranmışdı. Hər uğurlu işindən sonra, apardığı istintaq əməliyyatları zamanı aldığı zənglər və hədələrdən qorxmamışdı, amalı, əqidəsi uğrunda vuruşmuşdu. Hətta ailəsinə qarşı olacaq təhlükəni aradan sovuşdurmaq üçün onları, bağ evinə köçürmüşdü.

Kriminalist prokuror  Rövşən Əliyev də hüquq mühafizə orqanlarının əməkdaşı idi. Lakin azlardan idi. O azlardan ki, qidası, havası ədalət idi. O azlardan ki, kimsənin çörəyini kəsib evinə aparmazdı. Rövşən Əliyev çox fərqlənirdi. İş üslubu, mülayimliyi ilə. Elə mülayinmliyinin özündə isə bir sərtlik var idi. Həqiqəti aramaq sərtliyi. Allahını haqq-ədalət qədər sevən Rövşən Əliyev sevdiyi Tanrısına qovuşdu.  Azərbaycanda haqq-ədalət tərəfdarının biri də azaldı. Silsilə cinayətkarları himayə edənlər böyük bir sirrin üstünü örtməyi bacardılar. “Osminoq” özünü qoruya bildi yenə də.

... Rövşəni qətlə yetirən bandanın üzvləri də elə mart ayında ifşa olundu. 3 il sonra 2005-ci ildə. Cinayətlərin baş fiqurantı olan  qatil Hacı Məmmdəov deyib ki, Rövşəni vurdurandan sonra, oturub işin-için ağlayıb. Daha sonra qeyd edib ki, “...mən və dəstəmin 5-6 nəfər üzvləri bu “osminoq”un bir barmağıdır. Mən burada olduğum müddətdə “osminoq” böyüyüb, artıb məndən də böyük barmaqları var. Rövşənin qətlinin səbəbini bilirəm, bu “osminoq”un başqa və daha böyük ayağıdır”.
Neyləsin?! Onun  da əllərini qana batırmışdılar. “Osminoq”un verdiyi sifarişi yerinə yetirən qolu bağlı qul idi. Rövşən isə bunu da bilirdi. O sifarişçini də yaxşı tanıyırdı. Bilirdi ki, həmin gecə adam oğrularını həbs edəndən sonra, ölkədə ölümlərin sifarişçisi olan o şərəfsizi də həbs edə biləcək. Ancaq, gün o gün oldu, indi də bu gündür. “OSMINOQ”U , hətta ölüm cəzası alsa belə, ələ vermədi  əli bağlı qul – HACI MƏMMƏDOV.  Çox şey danışa bilərdi, danışmadı. Bəlkə də danışıb. Bəlkə də danışdıqlarını açıb ağartmağa istintaq qrupunun da əməkdaşlarının gücü çatmadı.  Hacının  cinayət işini aparan istintaqçılar da “OSMİNOQ”DAN qorxdular. Çünki, sifarişçi,  ölümlərə qeydsiz-şərtsiz rəvac və əmr verən o “OSMİNOQ” hələ də sağdır. Rövşənin ruhu isə hələ də narahatdır. Ona görə ki,  qatili hələ cəzasını almayıb. Ona görə ki, özündən sonra qalan övladları Rain və Orxandan köhnə dostları xəbər tutmur, onun övladları neçə illərdir ki, bir kabinetdə oturub, gözləyirlər, gözləyirlər ki, bəlkə onların da  işlədikləri sahələrdə əməklərinə qiymət verələr, bəlkə onlar da ataları ilə birlikdə çalışan generalların, polkoviklərin oğulları kimi vəzifə kürsülərinə irəli çəkilələr. Onları axtaran yoxdur.  Lakin bir çox məmur övladlarından fərqli olaraq, Rövşən Əliyevin oğlanları ən azı işlədikləri sahədə  ataları kimi şərəflə çalışa, Vətənə daha çox xeyir verə bilərlər. Buna görə də tez –tez İradə xanımın yuxusuna gəlib, övladları  üçün narahat olduğunu deyir haqq ədalət yolunda terrora məruz qalan Rövşən Əliyev. İndi  diqqətlə araşdıranda baxıb görürsən ki, sən demə Rövşən Əliyevin apardığı  istintaq araşdırması kimsəyə gərək deyilmiş. Belə olsaydı, sifarişçi və qatillər həbs olunmuşdular. İstintaqçılar isə hələ də qovluqların arasında eşələnirlər, kimdənsə əmr gözləyirlər...

 Aida Eyvazlı

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir
20.10.2018, 00:58

Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir

Reyd zamanı 55 sürücü və piyada cərimələndi
20.10.2018, 00:46

Reyd zamanı 55 sürücü və piyada cərimələndi

Tələbələr ölümdən döndülər
20.10.2018, 00:33

Tələbələr ölümdən döndülər

“Tvitter” bu hesabları bağladı
20.10.2018, 00:17

“Tvitter” bu hesabları bağladı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO
20.10.2018, 00:09

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb
19.10.2018, 23:58

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü
19.10.2018, 23:44

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü

İstanbulda 21 əsgər həbs olundu
19.10.2018, 23:30

İstanbulda 21 əsgər həbs olundu

Gürcüstanda təbii qaz axtarışına başlanıldı
19.10.2018, 23:17

Gürcüstanda təbii qaz axtarışına başlanıldı

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım
19.10.2018, 23:04

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım

“Bölgədə Türkiyə və Azərbaycanın dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” - Ərdoğan
19.10.2018, 22:54

“Bölgədə Türkiyə və Azərbaycanın dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” - Ərdoğan

Azərbaycanlı atlet təmsil etdiyi klubdan danışdı
19.10.2018, 22:45

Azərbaycanlı atlet təmsil etdiyi klubdan danışdı

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ   
19.10.2018, 22:28

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ  

Messidən örnək davranış
19.10.2018, 22:27

Messidən örnək davranış

İlham Əliyev: “Türkiyə və Azərbaycan  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”
19.10.2018, 22:13

İlham Əliyev: “Türkiyə və Azərbaycan  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi
19.10.2018, 22:02

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar
19.10.2018, 21:47

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir
19.10.2018, 21:37

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub
19.10.2018, 21:24

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

Ukraynada təbii qaz bahalaşdı
19.10.2018, 21:13

Ukraynada təbii qaz bahalaşdı

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək
19.10.2018, 21:04

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb
19.10.2018, 20:53

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb

UEFA pul mükafatlarının məbləğini artırdı
19.10.2018, 20:41

UEFA pul mükafatlarının məbləğini artırdı

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib
19.10.2018, 20:26

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib

Pakistanda 6,7 bal gücündə zəlzələ
19.10.2018, 20:16

Pakistanda 6,7 bal gücündə zəlzələ

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
19.10.2018, 20:05

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik
19.10.2018, 19:52

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb
19.10.2018, 19:42

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb

Qatar kütlənin üzərinə hərəkət edib - 50 ölü
19.10.2018, 19:31

Qatar kütlənin üzərinə hərəkət edib - 50 ölü

Sankt-Peterburqda zavodda partlayış olub, ölən və yaralananlar var
19.10.2018, 19:21

Sankt-Peterburqda zavodda partlayış olub, ölən və yaralananlar var

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq
19.10.2018, 19:11

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq

Narkoloji Mərkəz işi: Atam evi yandıracağını deyirdi
19.10.2018, 19:00

Narkoloji Mərkəz işi: Atam evi yandıracağını deyirdi

Qərargah: Badamdardakı sürüşmə sahəsində gərginlik qalmaqdadır
19.10.2018, 18:50

Qərargah: Badamdardakı sürüşmə sahəsində gərginlik qalmaqdadır

Azərbaycan 140 ölkə arasında 15-ci oldu
19.10.2018, 18:40

Azərbaycan 140 ölkə arasında 15-ci oldu

Daha bir ölkədə niqab qadağan edildi
19.10.2018, 18:29

Daha bir ölkədə niqab qadağan edildi

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı
19.10.2018, 18:18

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
19.10.2018, 18:14

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI
19.10.2018, 18:10

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi
19.10.2018, 18:09

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı
19.10.2018, 18:08

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB
19.10.2018, 18:00

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB

İcra başçısının müavini vəfat etdi
19.10.2018, 17:55

İcra başçısının müavini vəfat etdi

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər
19.10.2018, 17:49

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA
19.10.2018, 17:42

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək   
19.10.2018, 17:35

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək  

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ
19.10.2018, 17:28

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 
19.10.2018, 17:22

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR   
19.10.2018, 17:15

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR  

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ
19.10.2018, 17:12

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ

Ünvanlı sosial yardım alanların sayı açıqlandı
19.10.2018, 17:06

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

ARXİV