13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Qadın prezidentlər - Qız qarıyan, parik taxan, əcnəbiyə ərə gedən xanım dövlət başçıları - SİYAHI
Qadın prezidentlər - Qız qarıyan, parik taxan, əcnəbiyə ərə gedən xanım dövlət başçıları - SİYAHI
02.07.2014, 18:51

XIX-XX əsrlər dünyada qadın hüquqları uğrunda mübarizə ilə yadda qaldı. Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını sübuta yetirməyə çalışırdılar. XXI əsrin fövqündə bu iddianın doğru olduğu təsdiqlənib. Günümüzdə kişilərlə hüquqlarını bərabərləşdirən qadınlar baş nazir, prezident postuna seçilərək bütöv ölkələrin birinci şəxsinə çevrilirlər.

Modern.az saytı hazırda vəzifə başında olan qadın dövlət başçılarının siyahısını təqdim edir.

Subay prezident



Dalya Qribauskayte
. Baltik respublikası olan Litva qadın tərəfindən idarə olunan ölkələrdən biridir. Ölkə başçısı Dalya Qribuskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüs şəhərində anadan olub. O, müxtəlif illərdə Litvanın maliyyə və xarici işlər naziri postlarını, Avropa İttifaqının təhsil və mədəniyyət, daha sonra isə büdcə məsələləri üzrə komissarı kimi vəzifələrdə çalışıb. Xanım Qribauskayte seçkilərdə inamlı qələbə (69,05%) qazanaraq 2009-cu il iyulun 2-dən Litvanın prezidenti funksiyalarını icra edir. O, 2014-cü il seçkilərində təkrar qələbə qazanaraq növbəti 5 il müddətinə bu postda qalmaq hüququ qazanıb.
Dalya Qribuskayte heç zaman ailəli olmayıb və övladı yoxdur. Xanım prezident 5 dildə - Litva, ingilis, rus, polyak və fransız dillərində sərbəst danışır.

Parik taxan ölkə başçısı



Dilma Vana Rusef.
Dünya Çempionatı kimi nüfuzlu yarışa ev sahibliyi edən Braziliya da qadın dövlət başçısı olan ölkələrdədir. Dilma Vana Rusef 1947-ci il dekabrın 14-də Belu-Orizonti şəhərində anadan olub. 90-cı illərin sonlarında başgicəlləndirici karyera yüksəlişinə başlayan xanım siyasətçi doğma Portu-Aleqri şəhərinin xəzinədarı vəzifəsindən 2003-cü ildən Braziliya energetika naziri, 2005-ci ildən isə Prezident Administrasiyasının rəhbəri postuna qədər yüksəlib.
Prezident seçkilərində namizədliyini irəli sürən Rusef iki seçki turundan sonra Braziliya prezidenti seçilib və 2011-ci il yanvarın 1-dən ölkə başçısı səlahiyyətlərini icra etməyə başlayıb.

Şəxsi həyatına gəlincə, 2009-cu ildə Dilma Rusefdə döş xərçənginin ilkin əlamətləri aşkar olunmuşdu. 4 aylıq müalicədən sonra saçlarını itirən Rusef həmin vaxtdan parik taxır.
İki dəfə ailə həyatı quran xanım siyasətçinin hər iki evliliyi boşanma ilə başa çatıb. O 1976-cı ildə ikinci həyat yoldaşı Karlos Araujo ilə ailə həyatı qursa da, karyerasının yüksəliş yaşadığı dövrdə - 2003-cü ildə ərindən ayrılıb. Prezidentin yeganə övladı 1977-ci ildə dünyaya gəlmiş qızı Pola Rusef Araujodur. 2010-cu ilin sentyabrında Rusef nənəlik sevinci də yaşayıb.
Xanım prezident doğma portuqal dilindən savayı, ingilis, fransız və ispan dillərində də danışa bilir.

Şəxsi həyatını karyerasına qurban verən lider



Pak Kın Xe
. Asiya regionun ən inkişaf etmiş ölkələrindən sayılan Cənubi Koreya Respublikası da qadın prezidentin rəhbərlik etdiyi ölkələrdəndir. Hazırda ölkə başçısı funksiyalarını icra edən xanım Pak Kın Xe 1952-ci il fevralın 2-də Tequ şəhərində anadan olub. Maraqlıdır ki, onun atası general Pak Çon Xi 18 il ərzində (1961-1979) ölkəni idarə edib və öz mühafizə xidmətinin rəhbəri tərəfindən güllələnib. 1998-ci ildə ölkə parlamentinə deputat seçilən Kın Xe “Yeni üfüqlər partiyası”nın sədri kimi 2012-ci il deputat seçkilərində qələbə qazanıb. Həmin il dekabrın 19-da keçirilən seçkilərdə qalib partiyanın nümayəndəsi kimi namizəd olan xanım siyasətçi inamlı qələbəsi ilə (51,55%) Koreya prezidenti kürsüsünə əyləşib. O, 2013-cü il fevralın 25-dən prezident səlahiyyətlərini icra edir.

Qeyd etmək lazımdır ki, Pak Kın Xe şəxsi həyatını karyerasına qurban verən müasir qadınların daha bir tipik nümayəndəsidir. O heç zaman ailə həyatı qurmayıb və övlad sahibi deyil.     

Əcnəbiyə ərə getmiş hökumət başçısı



Xelle Torninq-Şmit
. Dünyanın ən liberal ölkələrindən olan Danimarka artıq 4 ilə yaxındır ki, qadın siyasətçi tərəfindən idarə olunur. Ölkənin baş naziri Xelle Torninq-Şmit 1966-cı il dekabrın 14-də kiçik Redovre şəhərində anadan olub. 1999-cu ildən Avropa Parlamentinin deputatı olan xanım Xelle 2005-ci ildə Danimarka Sosial-Demokrat Partiyasının sədri seçilib və həmən il ölkə parlamentinin deputatı olub. 2011-ci il 15 sentyabrda ölkədə keçirilən parlament seçkiləri zamanı Xelle Torninq-Şmitin rəhbərlik etdiyi sosial-demokratlar qələbə qazanıblar. Partiya sədri kimi yeni hökuməti formalaşdırmaq hüququ əldə edən Xelle oktyabrın 3-dən Danimarka baş naziri postunu tutur. O, ölkə tarixinin ilk baş naziri kimi də tarixə düşüb. Xelle Torninq-Şmit Böyük Britaniya vətəndaşı Stiven Kinnokla evlidir. Cütlüyün 2 qız övladı var. Qeyd olunmalıdır ki, Stiven Kinnokun atası Nil Kinnok 1993-1992-ci illərdə Britaniya Leyboristlər Partiyasının sədri olub.  

Əvvəl birinci ledi, sonra prezident olan xanım



Kristina de Kirşner
. Argentina 7 ilə yaxındır ki, qadın prezident tərəfindən idarə olunur. Ölkə prezidenti Kristina Elizabet Fernandes de Kirşner 1953-cü il fevralın 19-da La-Plata şəhərində anadan olub. 1995-2007-ci illərdə Argentina Milli Konqresinin üzvü olan xanım Kirşner 2003-cü ildə həyat yoldaşı Nestor Kirşnerin Argentina dövlət başçısı seçilməsi ilə siyasi fəallığını artırmışdı. Məhz həyat yoldaşının təkidi ilə 2007-ci ildə Kristina de Kirşner prezidentliyə namizəd olub. Seçkiləri zəfərlə tamamlayan xanım siyasətçi 2007-ci il dekabrın 10-dan prezidentlik səlahiyyətlərini icra edir. 2011-ci il 23 oktyabr seçkilərində təkrar seçicilərin etimadını qazanan Kirşner yaxın 1 il ərzində ölkə başçısı kimi qalacaq. 

Şəxsi həyatı siyasi fəaliyyətli ilə sıx bağlı olan de Kirşner 1975-ci il mayın 8-də Nestor Kirşnerlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Maksimo adlı oğlu və Florensiya adında qızı var.

Prezidentin əri Nestor Kirşner 2010-cu il oktyabrın 27-də vəfat edib.

Vüqar İsmayılov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

Fatih Terim əməliyyat olundu
12.11.2018, 19:39

Fatih Terim əməliyyat olundu

QTA-da sahibkarlarla görüşdü - FOTO
12.11.2018, 19:28

QTA-da sahibkarlarla görüşdü - FOTO

Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12.11.2018, 19:19

Prezident nazirliyə 3,5 milyon pul ayırdı

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12.11.2018, 19:10

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi

Slovakiyanın baş naziri Azərbaycana gəlib
12.11.2018, 19:02

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Azərbaycanda qaz abonentlərinin sayı artıb
12.11.2018, 18:53

Azərbaycanda qaz abonentlərinin sayı artıb

İnam Kərimov qəbul keçirəcək
12.11.2018, 18:44

İnam Kərimov qəbul keçirəcək

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 
12.11.2018, 18:35

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT
12.11.2018, 18:26

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT

ARXİV