Modern.az

İranda xristianlar Trampı pisləyib

İranda xristianlar Trampı pisləyib

Dünya

15 Aprel 2026, 04:44

İran Parlamentində təmsil olunan xristian icmalarının nümayəndələri Roma Papası Papa XIV Leoya ünvanladıqları bəyanatda ABŞ prezidenti Donald Trampın fikirlərini kəskin şəkildə pisləyiblər.

Modern.az xəbər verir ki, Bəyanatda İranın “cinayətkar düşmənlər tərəfindən hücuma məruz qalması” ilə bağlı Papaya göstərdiyi mövqeyə görə təşəkkür ifadə olunub. Eyni zamanda, Trampın Papa barədə səsləndirdiyi fikirlər “təhqir” kimi qiymətləndirilib.

Sənəddə qeyd olunur ki, İran Parlamentində təmsil olunan assur, xaldey katolik, erməni katolik və erməni apostol icmaları adından çıxış edən deputatlar bu cür ifadələri qəbuledilməz hesab edirlər.

Bəyanatda vurğulanıb ki, dini liderlərin, eləcə də İsa Məsihin təhqir olunması həm xristianlıq prinsiplərinə, həm də sülh, ədalət və humanizm dəyərlərinə ziddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV