Modern.az

ABŞ-də keçirilən Livan-İsrail danışıqları başa çatdı

ABŞ-də keçirilən Livan-İsrail danışıqları başa çatdı

Dünya

15 Aprel 2026, 01:58

Livan və İsrail nümayəndələri arasında münaqişənin həlli ilə bağlı görüş iki saatdan çox davam edib.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

"Dövlət katibi Marko Rubionun sədrliyi ilə İsrail və Livan səfirləri arasında keçirilən görüş başa çatdı. Görüş iki saatdan çox davam etdi", - deyə portalın jurnalisti Barak Ravid sosial şəbəkədə yazıb.

Görüşlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!