İran bəzi müəssisələr və ayrı-ayrı şəxslər üçün məhdud internet bağlantısının bərpasına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən şirkətlər dövlət telekommunikasiya operatorlarının təqdim etdiyi “pro-internet” paketinə qoşulmaq üçün müraciət edə bilirlər.
Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi səbəbindən müəssisələr gündəlik 30-40 milyon dollar həcmində zərərə məruz qalır. Dolayı iqtisadi itkilərin həcmi isə hər gün 80 milyon dolları keçir.
Bununla belə, İran vətəndaşlarının böyük əksəriyyəti hələ də internetdən məhrumdur. İnternetə çıxışın genişləndirilməsi isə “çox məhdud” kimi qiymətləndirilir.