21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Xaricdə çalışan azərbaycanlı prorektor: “Dünya reytinqində Azərbaycan universitetlərinin ən yaxşısı 5836-cı yerdədir” - MÜSAHİBƏ
Xaricdə çalışan azərbaycanlı prorektor: “Dünya reytinqində Azərbaycan universitetlərinin ən yaxşısı 5836-cı yerdədir” - MÜSAHİBƏ
10.09.2014, 11:49

Fəxrəddin Məmmədov: “Azərbaycandan beyin axını o qədər də böyük olmayıb”


Modern.az saytı elm xadimlərindən silsilə müsahibələrini davam etdirir. Bu dəfəki müsahib Şimali Kiprin Yaxın Doğu Universitetinin azərbaycanlı prorektoru, dünya çapında tanınan İngilis-Amerikan, Türk, Fransız təhsil sistemi ilə yaxından tanış olan  professor Fəxrəddin Məmmədovdur. Professorla Azərbaycanın dünya elmində yeri və mövzusunda söhbətləşdik. Amma əvvəlcə alimin öz dilindən onu tanıyaq:

- Mən Azərbaycan Neft və Kimya İnstitutunun  indiki Neft Akademiyasının məzunuyam. ADNA-da aspiranturada oxumuşam daha sonrada elə  orada da çalışdım. Dosent vəzifəsinə qədər yüksəldim. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçdim. Dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşam. 1988 ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə gedib 1994-cü ilə qədər orada müxtəlif universitetlərdə kafedra müdürü və son 5 il müəllimliklə yanaşı  və Sovet Missiyasının sədri vəzifəsində çalışdım. Professor  ünvanına yüksəldim. 1995-ci ildən isə Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başladım. Bu günə qədər orada çalışıram. Professor olaraq 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuşam. Eyni zamanda 2001-ci ildən bu günə qədər də universitetin akademik işlər üzrə prorektoruyam. Mən ora gedəndə universitetdə 5000 tələbə var idi. İndi isə tələbələrin sayı 20000-dən çoxdur. Dünyanın 98 ölkəsindən tələbəsi və 40 ölkəsindən müəllimlər orada fəaliyyət göstərir. Universitetin bu yerlərə gəlməsində mənim də müəyyən qədər xidmətlərim var. Hazırda universitetdə bakalavr istiqaməti üzrə 110,  magistr və doktorluk üzrə isə 187 ixtisas var. Universitetdə Azərbaycanımızdan  15 müəllim və 300 yə yaxın tələbə təhsil alır.

Fəxrəddin müəllim çalışdığı universitet haqqında ətraflı məlumat verəndən sonra mövzuya keçir. Əlində beynəlxalq reytinq şirkətlərinin son siyahısını göstərərək ümumi bir dəyərləndirmə aparır. Həmin siyahıdan görürük ki:

- Beynəlxalq elmi aləmdə  reytinq siyahısını tərtib edən bir neçə akademik qurum var. Onlarlardan ən əsaslarını sənə göstərirəm (əlində print olunmuş internte materiallarını bizə təqdim edir).

Baxın, Çinin Shanghai Jiao Tong Universitesi ARWU(Academic Ranking World University) listine düşməyin  kriteriyası universitetdə neçə Nobel mükafatlı alimin çalışması, yaxud Nobel mükafatına sahiblənən məzunlarının olması və SCI SSCI indexli jurnallarda dərc olunan məqalə sayıdır . Bu siyahıda dünyanın cəmi 500 universiteti var. O siyahıda yaxın coğrafiydan Rusiyadan cəmi 2- Moskva Dövlət Universiteti ilə Sankt Peterburq Dövlət Universiteti, Türkiyədən İstanbul Universiteti və İrannın Tehran Universitetininadı var.

Başqa bir reytinqi tərtib edən orqan isə İngiltərənin “Times” jurnalıdır. THE adını daşıyan bu sıralamda kriteriyalar artıq başqadır.  Belə ki, burada Nobel alanlar yox, həmin universitetlərin təhsil səiyyəsi , SCI jurnallarında çıxmış məgalə sayına düşən referans sayı (dünya elminə gətirdiyi töhfələr), və universitetlərin beynəlxalq görüntüsü(xarici tələbələrin yerli tələbə sayına və xarici müəllimlərin yerli müəllim sayına nisbəti, xarici ölkələrlə yapılan elmi işlərin sayı) əsas götürülür. Orada 400 universitet vardır. Burada Türkiyədən 5 universitet (ODTÜ, Bilkənt, Koç, Boğaziçi və İstanbul-Texnik universitetləri), İranın Şərif Universiteti və Rusiyadan 2- (Moskva Dövlət və Fizika Mühəndisliyi universitetləri) yer almakdadır. Digər MDB respublikalarının universitetləri də  bu listədə yer almırlar.

 Digər bir sıralama İngiltərinin Quaqarelli Saymond (QS)labaratoriyası tərəfindən aparılır. QS THE yə yaxın və kriteriyalara əlavə olarak Universitetin akademik reputasiyası və məzunların çalışdıgı şirkətlərin görüşlərin də diggətə alır. Bu listede Azərbaycandan 3 universitet (Xəzər, Qafqaz və BDU və hər üçü bu reyting cədvəlində 700 cü yerlerdedir), Rusiyadan18, Türkiyədən 9, İrandan 2, Qazaxstandan da 9 Universitet yer alır.

Dördüncü ən məşhur olanı isə Webometricdir. Burada adından da göründüyü kimi veb saytı olan universitetlər ilə əlaqədar internet ortamında yayınlanmış məqalələr, Universitetin Web saytına digər universitet, akademik və ya dövlət təşkilatlarından olan linklər, universitetin Web saytının zənginliyi və həcmi əsas  götürülür. Dünyanın 22  universitetinin adı bu siyahıdan keçir və təbii ki, orada Azərbaycandan da unutmadımsa 41 universitetin adı var.



- Fəxrəddin müəllim ümumi sistem olsa da orada, 22 min universitet arasında  Azərbaycanın vəziyyəti necədir?

- Bu sistemdə siyahı hər 6 aydan bir yenilənir. Mən son siyahıyaalınmaya göz gəzdirmişəm. O Avgust ayında qeydə alınıb. Orada reytinqə görə ən yaxşı vəziyyət Xəzər Universitetinindir ki, o da həmin siyahıda 5836-cı yerdədir. Sonrakı yeri isə Qafqaz universiteti tutur ki, o da 6923-cü yerdədir. Üçüncü yerdə isə Bakı Dövlət Universiteti gəlir ki, o da 7238-ci yeri tutur.

- Professor, şəxsən mənə kifayət qədər mənfi təsir edən rəqəmlərdir. Bəs bir ara bizdə deyirdilər ki, bizim universitetlər 1000 ən yaxşı universitet içindədir?

- Ən etibarlı və ən əsas reytinq siyahısını aparanlar sizə danışdığım qurumlardır. Ola bilsin ki Quaqarelli Saymond  reyting sıralamasısöz konusudur. Başqaları da təbii ki, vardır. Reyting bəzən ixtisaslara görə də aparılır. Hətta dünya ölkələrin də elmin səviyyəsinə görə reyting sırası hər il verilməkdədir.

- Milli elmlər akademiyası xarici elmi arenada necə görünür ?

- Universitetlər əsasən reytinq edilir,  amma akademiyaların xüsusi reytinqi yoxdur. Akademiyanın bir çox institutlarından da məqalələr beynəlxalq reytinq siyahılarında görünüməkdədir. Bu gün dünya elmində yayılan məqalələrin 40 faizi tibb elminə aiddir. Ondan sonra isə fundamental elmlər və mühəndis gəlir. Dünya çapında ən az elmi məqalələr isə  sosial elmlərə aiddir. Ona görə də universitetlərin reytinqini tərtib edəndə sosial-humanitar istiqamətli universitetlərin məqalələri bəzən ikiyə vurulur.

- Ümumiyyətlə, bu gün sosial-humanitar istiqamətdə yazılan məqalə dünya elminə nə kimi yeniliklər gətirə bilər?

- Sosial elmlərin iqtisadiyyat, biznes, menecment və s istiqamətləri var ki, onlar bu günün əsas iqtisadi və idarəetmə modellərini dəyişdirir və buna görə də dünya elminə yeniliklər gətirir. Humanitarlara gələndə isə onların    maddi məhsulu deyil,  daha çox mənəvi dəyərinə önəm verilir. Məsələn,  dilçilik, tarih,  ölkənin mənəvi xəzinəsidir. Humanitar elmlərin dünya elminə təsirindən yox ölkə üçün aktuallıgından danışmaq dogrudur. Bunları sənət, dilçilik, tarix kimi istiqamətlərə də ayırd etmək mümkündür. Ancak bununla belə Humanitar sahələrdə də yazılmış və reputasiyası yüksək olan AHC (Architecture and Humanity Sciences) jurnallarında yayınlanmış məqalələrin də dünya mədəniyətinə, sənətinə və tarixinə böyük təsirinin olması gəbul edilməkdədir. 

-Amma bu gün dünyada elmlərin inteqrasiya prosesi gedir. Məqalələrdə dəqiq elmlərlə humanitar elmlərin ortaq sintezi yaradılır.

-Bəli, bu gün dünyada elmlərin inteqrasiyası gedir. Əvvəlki illərin psixologiyası  üzrə araşdırmalarına baxanda orada yalnız psixoloji metodları  görmək olardı. Amma hazırkı araşdırmalara baxanda isə görürük ki, orada riyazi və kompüter mühəndisliyinə aid olan metodlardan istifadə olunub. İqtisadiyyatda riyazi modellərdən istifadə olunur. Dünyanın ən güclü iqtisadiyyat və maliyə mütəxəssisləri  riyaziyyatçılardır. Bu sahədə Nobel alanların siyahısında da bunu görmək olar. Yaxud da ki,  bu gün ən inkişaf edən tibb elmində də  mühəndislik və fizikanın böyük əməyi vardır. Məsələn,  2 mm xərçəng hüceyrəsini aşkarlayan PET- CT və ya Rapid-Arc ve digər ultra diagnostik və müalicə sistemləri  fizika, biologiya, tib və mühəndisliyin integrasiyası sahəsində yaranmıştır.

-Müstəqillik illərinin əvvəllərində Azərbaycandan xeyli “Beyin axını”  ölkəni tərk etdi.  Bizdə  hazırda elmin aşağı pillədə olmasına səbəb kimi bu faktı göstərmək olarmı?

-Düşünmürəm ki Azərbaycanda elm aşagı pillədədir. Azərbaycandan dünyaya beyin axını o qədər də böyük olmayıb. Məndə olan bilgilərə görə  bu rəgəm 1000 dən çox degil. Dogrudur bu məsələdə sadəcə sayla məhdudlanmaq olmaz. Obyektiv səbəblər var. Ən başlıcası isə odur ki, sovetlər sistemi çökəndən sonra oradakı elmi sahələr uzun müddət özlərinə gələ bilmədi, elmi əlagələr zəiflədi, itisadi problemlər yarandı . Bu tək Azərbaycanda yox, ittifaqa daxil olan başqa ölkələrdə də yaşandı. Bunu şişirtmək lazım deyil. 1990 cı illərdə Türkiyəyə 500-ə yaxın müəllim getdisə də onların da bir hissəsi sonra geri qayıtdı.

-Bu gün sizin xaricdə dünya elminə töhfə verən hansı azərbaycanlı alimlərlə əlaqəniz var?

-Yeri gəlmişkən Azərbaycandan sadəcə “Applied and Computational Mathematics” jurnalı SCI listəsində yer almakdadır. Bununla birlikdə Azərbaycanda və xaricdə yaşayan Azərbaycanlı alimlərin iştirakı ilə xaricdə SCI listəsinə girən mənim bildiyim 50 dən çox jurnal vardır.

Mən həm də Kiprdəki Azərbaycan diasporunun sədriyəm. Odur ki, Türkiyədə və yaxın coğrafiyada çalışan azərbaycanlı alimlərlə yaxın əlaqələrim var. Azərbaycandan dünya elminə töhfə verən, elmə yenilik gətirən Azərbaycanda və xaricdə yaşayan alimlərimiz vardır. Bulanık məntik nəzəriyəsinin əsasını qoyan Prof.  Lütfi Zadəni göstərmək mümkündür. Azərbaycanda da  bir çox alimlər vardır. Ancak mən bütün elmi sahələrdə dünyada kim məşhurdur desəm xəta etmiş olurum. Amma dünyada hansısa elmə nəzəriyyənin  əsasını qoyan isim hatırlamıram.

-Bunun səbəbi nədir. Biz niyə öz coğrafiyamızı aşmaqda çətinlik çəkirik?

- Bunun əsas səbəbi dil faktoru ilə bağlıdır. Alimlərimizin bir hissəsi dil problemi səbəbindən dünya arenasına çıxmaga çətinlik çəkmişlər. Təbii olarak biz 100 il ancak rusca oxuduq. Dogrudur faydası da oldu. Ancak sistem deyişildikde biz dünyaya açıdık. İndi elm sahəsində dünya naliyətlərini digər xarici ölkələrindəki tanınmış alimlərlə əməkdaşlıkla birlikdə yürütmək mümkündür. Bu reallıqdır.

-Bu gün inkişaf edən Avropa elmi uzun əsrlər boyunca Şərqdən bəhrələnib. Müxtəlif sahələrdə  Şərq alimlərinin əsərlərini Avropada  öz adlarına çıxarıblar. Bu gün Qərbdə Şərq elminə münasibət sizi qane edirmi?

-İndiki zaman üçün bu cür düşünmək doğru deyil. İndi nə Şərq var,  nə də Qərb. İndi vahid məkan var. İndi Şərqlə Qərb də bir-birinə çox yaxındır. Təbii ki,  keçmişdə elm Şərqdə daha qüvvətli olub. Sonradan bunlar yerini dəyişdilər. Keçmiş də böyük dəyərdir. Amma biz indini və gələcəyi qurmalıyıq. Doğrudur,  Nəsrəddin Tusi kimi byük alimimiz olmuştur. Biz fəxr edirik Nizami ilə də Fizuli ilə də.   Amma bir ingilis heç vaxt deməz ki, Nyuton bizimdir, yaxud bir yəhudi heç vaxt söyləməz ki, Eynşteyn bizimdir. Onlarda indi bu düşüncə yoxdur. Keçmiş bizim fəxrimiz və gururumuzdur. Ancak keçmiş uğurlarla keçmişdə galdı,  gələcəklə potensialla yaşamak daha dogrudur.

-Bəs Azərbaycan elminin gələcək potensialını necə görürsünüz?

-Azərbaycanda neft – kimya, fizika biologiya sahələrində əvvəllər də böyük uğurlar olub. Azərbaycan elmi daha çox bu sahələrdə fərqlənib. Bu gün bulanık məntik,  informasiya texnologiyası, kibernetika və digər sahələrdə də Azərbaycanlı alimlər dünya standartları səviyəsində elmi işləri və məqalələri vardır.  Odur ki,  bu gün də hansı elm sahəsində perspektivini görürsə elə o sahədə də spesifik olaraq araşdırmalar aparılmalıdır. İmkanlarımızı da diqqətə almak lazımdır. Dünyada 35 minə yaxın universitet vardır. Bunların hamısının imkanları eyni degildir. Bu gün Harvard universitetinin illik büdcəsi 3,7 milyard və bagış (ianə) miqdarı 30,7 milyard dollardı. Olsun Yale ve ya Stanford universitetləri. Onlarda eyni ilə.  O universitetlər  bu gün ən güclü kadrları özlərinə cəlb etmək və bahalı texnologiyalar yaratmaq imkanları vardır . Bir də xaricdə ayrı ayrı zəngin insanlar da universitetlərə böyük sponsorluk edirlər. Könül arzu edər ki bizdə də bənzər xeyirxahlıq işləri genişlənsin.

-Əsas problemimiz olan təfəkkürlü, düşüncəli insan kapitalından danışaq. Bu gün həqiqətənmi, Ramiz Rövşənin dediyi kimi qara neftimiz qurtaranda ağ günə çıxacağıq ”? Qara neft nə üçün “ağ düşüncə”yə çevrilə bilmir?

-Sevimli şairimizin mövgeyini  Topal Teymurun şair Kirmaniye dediyi kimi “Haklısan çünki şairsen” kimi yorumlamaq da mümkündür. Neft Orta Şerq ölkelerinde bəzən siyasi problemlər yaratsa da Norveç modeli də vardır. Azərbaycanın iktisadi inkişafında  çox önemli yeri olan neftin  elm, təhsil və saglık sahələrini də dünya stanndartları səviyyəyəsinə  çıxarması hamımızın arzusudur.


Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21.01.2019, 14:08

Evdən qızıl və pul oğurlayan şəxs tutuldu

101 dövlət əmlakı özəlləşdirilir
21.01.2019, 13:42

101 dövlət əmlakı özəlləşdirilir

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
21.01.2019, 11:56

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı
21.01.2019, 11:40

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu
21.01.2019, 11:29

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu

Babək prospekti niyə deformasiyaya uğradı...
21.01.2019, 11:28

Babək prospekti niyə deformasiyaya uğradı...

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı
21.01.2019, 11:16

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
21.01.2019, 11:03

Şəhidlər xiyabanında səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı
21.01.2019, 10:58

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI
21.01.2019, 10:58

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək
21.01.2019, 10:57

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
21.01.2019, 10:37

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 
21.01.2019, 10:33

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı
21.01.2019, 10:10

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

Hakerlərimiz 2 min erməninin “e-mail”ni ələ keçirdilər  
21.01.2019, 10:10

Hakerlərimiz 2 min erməninin e-mail”ni ələ keçirdilər  

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR   
21.01.2019, 10:07

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR  

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
21.01.2019, 10:06

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21.01.2019, 10:02

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Ağstafada 20 Yanvar şəhidləri anıldı
21.01.2019, 10:00

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb
21.01.2019, 10:00

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21.01.2019, 09:59

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Ermənilər kəndlərimizi atəşə tutdu
21.01.2019, 09:41

Ermənilər kəndlərimizi atəşə tutdu

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21.01.2019, 09:15

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR

Mehman Cavadoğlunun ailəsində ağır itki
21.01.2019, 08:57

Mehman Cavadoğlunun ailəsində ağır itki

Doğum evlərində yeni standartlar tətbiq ediləcək
21.01.2019, 08:55

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Firuz Mustafanın anası vəfat edib
21.01.2019, 08:48

Firuz Mustafanın anası vəfat edib

Bu ilin ilk Ay tutulması baş verdi
21.01.2019, 08:29

Bu ilin ilk Ay tutulması baş verdi

Amerikadakı Leyli və Məcnun...    
21.01.2019, 08:26

Amerikadakı Leyli və Məcnun...  

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21.01.2019, 08:13

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

ARXİV