Modern.az

Neft 140 dollara qədər bahalaşacaq

Neft 140 dollara qədər bahalaşacaq

Dünya

Bu gün, 11:28

“ABŞ-ın İrana qarşı dəniz blokadası siyasəti neftin qiymətini bir barel üçün 140 dollara qədər artıracaq”.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin sədri və ABŞ-la danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib.

“Bu, ABŞ administrasiyasının Skott Bessent kimi şəxslərdən aldığı faydasız tövsiyələrdən biridir. Onlar İrana qarşı blokada siyasətini təşviq edir və neftin qiymətini artıq 120 dollardan yuxarı səviyyəyə çatdırıblar. Növbəti dayanacaq - 140 dollardır”, - deyə Qalibaf X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, ABŞ-ın problemi “nəzəriyyədə deyil, düşüncə tərzindədir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu