Modern.az

Zelenski Rusiya ilə bağlı tapşırıq verdi

Zelenski Rusiya ilə bağlı tapşırıq verdi

Aktual

Bu gün, 12:06

Ukrayna Rusiyanın qısamüddətli atəşkəs təklifinin detalları ilə maraqlanır və uzunmüddətli sülhün təmin olunmasını əsas prioritet kimi irəli sürür.

Modern.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Telegram kanalında paylaşım edib. 

O bildirib ki, Ukrayna nümayəndələrinə ABŞ Prezidentinin komandası ilə əlaqə saxlayaraq Rusiyanın təklifinin mahiyyətini dəqiqləşdirmək tapşırılıb. Zelenskinin sözlərinə görə, əsas məsələ təklifin yalnız Moskvada keçiriləcək tədbirlər üçün qısamüddətli təhlükəsizlik təminatı, yoxsa daha genişmiqyaslı atəşkəs planı olub-olmamasıdır.

Ukrayna lideri vurğulayıb ki, ölkəsi müharibənin real şəkildə başa çatması üçün diplomatik səyləri davam etdirir və uzunmüddətli atəşkəs, etibarlı təhlükəsizlik və davamlı sülhün təmin olunmasını təklif edir.

O əlavə edib ki, Ukrayna bu məqsədlə istənilən effektiv və məqbul formatda əməkdaşlığa hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu