22 fevral 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - Tərbiyəli uşaq
Tərbiyəli uşaq
10.03.2017, 15:15

HidayətElvüsal



O, çox tərbiyəli, mədəni, başıaşağı uşaqdır. Müəllimlərin bir sözünü iki eləmir. Elə o gün direktor onu kabinetinə çağırdı. Tərbiyəli uşaq başını aşağı salıb əlindəki siqareti tüstülədə-tüstülədə içəri girdi.

- Bala, məktəbli siqaret çəkməz, - deyə direktor onu məzəmmət elədi.

O isə zəif səslə dilləndi:

- Baş üstə, müəllim, üzr istəyirəm, bir də belə iş tutmaram.

Halal olsun, doğrudan tərbiyəli uşaq imiş. O saat siqareti tulladı direktorun stolunun üstünə. Sonra da dırmaşıb çıxdı ora və ayağı ilə əzdi. Düşəndən sonra dedi:

- Müəllim, stolun üstünü silim?

- Yox, bala, çox sağ ol.

Tərbiyəli-tərbiyəli kabinetdən çıxdı.

Hələ o gün. Eh, nələr oldu o gün. Evə hörmətli-izzətli qonaqlar gəlmişdi. Tərbiyəli uşaq onları tərbiyə ilə qarşıladı. Atası onu tərifləyəndə qıpqırmızı qızardı. Axı o, həm də utancaq uşaqdı. Atası onu çox utandırmamaq üçün qonaqlara asta-asta deyirdi:

- Mən oğlumdan çox razıyam. O gün dayısı zarafatla dedi ki, güləşsək atanın arxasını yerə vuraram. Sizin canınız üçün dayısına bir toy tutdu ki, gəl görəsən. Dedi ki, dayı, tirbaşlıq eləmə, ağzını… cıraram. İndi fikir verin, siz allah, - deyə atası qonaqlara göz vurub, balasını çağırdı. - Qurban olum, hardasan?

- Burdayam, ata.

- Bura gəl, oğlum.

- Baş üstə!

Ata məmnun-məmnun gülümsünüb fəxrlə qonaqları süzdü.

- Eşidirəm, ata!

- Oğlum, çörəyimiz qurtarıb?

- Bəli, ata, qurtarıb.

- Get, iki çörək al.

- Almıram, ata!

- Niyə, oğul?

- Mən sizin hambalınız-zadınız deyiləm, ata!

- Oğul, qonaq var…

- Nə olsun? Odey o kök əmi eşşək boydadır. O qədər yeyib ki, qarnı partlayır. Onu göndər, getsin.

- Oğul! - deyə atasının dili-dodağı təpimiş halda dilləndi: - O, qonaqdır.

- Qonağa hörmət borcumuzdur, ata. Amma ondan zəhləm gedir, meymuna oxşayır.

- Sənin tərbiyən… tərbiyən…

- Tərbiyəsiz özünsən, ata!

- Ə, köpək oğlu…

- Köpək oğlu sənsən, ata! Tərbiyəsiz-tərbiyəsiz danışma!

- …

- …

Bax belə. Tərbiyəli uşaq atasının tərbiyəsi ilə məşğul oldu. Atası isə yenə hər yerdə onu tərifləyir:

- Mən oğlumla fəxr eləyirəm. Çox tərbiyəli uşaqdır.

Sonra çəkinə-çəkinə oğlunun üzünə baxır.

Qorxur…

 


Müəllifin digər yazıları
SON XƏBƏR
Məhv edilmiş 8 ailə - “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” - Xocalı DƏHŞƏTİ
22.02.2018, 09:03

Məhv edilmiş 8 ailə - “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” - Xocalı DƏHŞƏTİ

Azərbaycanda axtarışda olan daha 26 nəfər saxlanıldı   
22.02.2018, 09:00

Azərbaycanda axtarışda olan daha 26 nəfər saxlanıldı  

Bu gün Avroliqada 15 oyun olacaq - 1/8 finalçılar bilinəcək   
22.02.2018, 08:47

Bu gün Avroliqada 15 oyun olacaq - 1/8 finalçılar bilinəcək  

Çempionlar Liqasında 1/8 final yekunlaşdı - Bütün NƏTİCƏLƏR   
22.02.2018, 08:44

Çempionlar Liqasında 1/8 final yekunlaşdı - Bütün NƏTİCƏLƏR  

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında...  
22.02.2018, 08:37

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında...  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 
22.02.2018, 08:36

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 

Bu ərazidə kritik humanitar  vəziyyət yaranıb
22.02.2018, 00:57

Bu ərazidə kritik humanitar  vəziyyət yaranıb

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video
22.02.2018, 00:44

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video

Goranboyda rəis işçini döydü
22.02.2018, 00:26

Goranboyda rəis işçini döydü

Myanmada partlayış: 2 ölü, 22 yaralı
22.02.2018, 00:14

Myanmada partlayış: 2 ölü, 22 yaralı

Lənkəranda naməlum kişi meyiti tapıldı
21.02.2018, 23:57

Lənkəranda naməlum kişi meyiti tapıldı

Rusiya klubu Avropa Liqasının 1/8 finalında
21.02.2018, 23:45

Rusiya klubu Avropa Liqasının 1/8 finalında

Yeni binaların tikintisi Komitə ilə razılaşdırılmayacaq
21.02.2018, 23:29

Yeni binaların tikintisi Komitə ilə razılaşdırılmayacaq

Azərbaycan nefti ucuzlaşdı
21.02.2018, 23:13

Azərbaycan nefti ucuzlaşdı

500-dək məhkum Novruz bayramını evində keçirə bilər - Video
21.02.2018, 22:58

500-dək məhkum Novruz bayramını evində keçirə bilər - Video

Saakaşvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq
21.02.2018, 22:43

Saakaşvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

Rusiyadakı qripin Azərbaycana keçməməsi üçün tədbirlər gücləndirilib
21.02.2018, 22:30

Rusiyadakı qripin Azərbaycana keçməməsi üçün tədbirlər gücləndirilib

Gürcülər Almaniyadan kütləvi deportasiya edilir
21.02.2018, 22:14

Gürcülər Almaniyadan kütləvi deportasiya edilir

Ər arvadını xəstəxanalıq etdi
21.02.2018, 21:55

Ər arvadını xəstəxanalıq etdi

Afrində daha 3 kənd terrorçulardan azad edildi
21.02.2018, 21:41

Afrində daha 3 kənd terrorçulardan azad edildi

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı
21.02.2018, 21:28

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı

Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu müəyyənləşdi
21.02.2018, 21:12

Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu müəyyənləşdi

Bakıda 200-ə yaxın pandus quraşdırılıb
21.02.2018, 20:59

Bakıda 200-ə yaxın pandus quraşdırılıb

Afrində 1780 terrorçu zərərsizləşdirilib
21.02.2018, 20:44

Afrində 1780 terrorçu zərərsizləşdirilib

Teyyub Qurban vəfat edib
21.02.2018, 20:26

Teyyub Qurban vəfat edib

Efiopiya Azərbaycanda fəxri konsulluq açdı
21.02.2018, 20:15

Efiopiya Azərbaycanda fəxri konsulluq açdı

Qanunsuz ağac kəsimi aşkarlandı
21.02.2018, 20:02

Qanunsuz ağac kəsimi aşkarlandı

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
21.02.2018, 19:51

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

“Google Pay” istifadəyə verildi
21.02.2018, 18:52

“Google Pay” istifadəyə verildi

İraq Rusiyadan S-400 almaq istəyir
21.02.2018, 18:48

İraq Rusiyadan S-400 almaq istəyir

Avtobus dərəyə yuvarlandı - 30 ölü
21.02.2018, 18:41

Avtobus dərəyə yuvarlandı - 30 ölü

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı
21.02.2018, 18:35

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı MƏLUMAT
21.02.2018, 18:27

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı MƏLUMAT

Yol tikintisində fərqlənən şəxslər təltif edildi - SİYAHI
21.02.2018, 18:22

Yol tikintisində fərqlənən şəxslər təltif edildi - SİYAHI

“Azərxalça”ya 2 milyon manat ayrıldı
21.02.2018, 18:14

“Azərxalça”ya 2 milyon manat ayrıldı

ARXİV