20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Qanadlan, pərvazlan, Azərbaycan muğamı
Qanadlan, pərvazlan, Azərbaycan muğamı
12.06.2017, 11:48

Akif Cabbarlı

 

Bu axşam – iyunun 12-də möhtəşəm Heydər Əliyev Mərkəzində yüzlərlə paytaxt sakini və şəhərimizin qonaqları üç aylıq muğam yarışmasının qaliblərini ürəkdən gələn alqış çələnginə qonaq edəcək, respublikamızın müxtəlif guşələrindən, İran İslam Respublikasından Böyük Səhnəyə vəsiqə sorağı ilə gələn say-seçmə ifaçılara gələcək uğurlarında xeyir-dua ünvanlayacaqlar.

 

Martın 14-də, ilimizin axırıncı çərşənbəsində Beynəlxalq Muğam Mərkəzinə dəvət olunanlar, əslində, seçim turlarından qalib çıxan 20 gəncin ölkənin adlı-sanlı muğam bilicilərinin imtahanından necə keçəcəyinə şahidlik imkanı qazanmışdılar. Respublikamızın xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundovun sınağından üzüağ çıxmağın elə də asan olmayacağını yaxşı dərk edən gənc muğam ifaçıları müəllimlərindən öyrəndiklərini, görkəmli muğam ustadlarının lent yazılarından görüb-götürdüklərini öz kövrək, bakirə, bulaq suyu kimi saf səs tembrləri ilə elə yüksək tərzdə, təkrarsız çatdırırdılar ki, hər oxumadan sonra qaldırılan lövhələrdəki rəqəmlər ürəklərincə və ürəyimizcə olsun. Belə də oldu və lap start dəqiqələrindən özlərini və ifalarını sevdirməyi bacarmış gənclər bu şərəfli, məsuliyyətli və gərgin marafonun finişinədək səsləri, nəfəsləri üstündə gəlib çata bildilər.

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam Televiziya Müsabiqəsi – 2017”ni əvvəlki müsabiqələrdən fərqləndirən bir sıra ümumi cəhətlər olsa da, birləşdirici, sevindirici və ümidverici ali məqam məhz onunla şərtlənir ki, Azərbaycan gənclərinin qədim musiqimizə - muğama həvəsi, klassik ənənələrə sadiqliyi, bağlılığı yenilməzdir, tükənməzdir. Dahi Üzeyir Hacıbəylinin muğam sənətinin təkmilləşdirilməsi, dərsliklər səviyyəsində işləməsi, ifaçılara təmənnasız köməyi fonunda bu gün muğamlarımız daha müasir formada, dövlət səviyyəsində qorunur, inkişaf etdirilir, dünya arenasında tanıdılır. Bütün bunlar isə məhz Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın fədakar, ardıcıl və məqsədyönlü xidmətlərinin məntiqi nəticəsi kimi qəbul edilməlidir.

 

Müsabiqəyə ekran həyatı yaşadan, tarixləşdirən Azərbaycan Televiziyasının fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bu sahədə artıq zəngin təcrübə qazanan peşəkar kollektiv yeniyetmə və gənclərin muğam sahəsindəki istedadının üzə çıxarılması üçün bütün yaradıcılıq imkanlarından əsl peşəkar zövqü, vətəndaş prinsipiallığı ilə istifadə edir.

 

Yarışma boyu münsiflər heyətinin üzvləri, istedadlı tarzən, Əməkdar artist Sahib Paşazadə və ansamblın digər üzvləri gənc istedadları xeyli ürəkləndirir, onları öz bacarıqlarını daha rahat və geniş diapazonda təqdim etməyə səsləyirdi. Onu da vurğulayaq ki, hər bir gəncin uğurlu çıxışları isə ilk növbədə sənət korifeylərinin, səhnəyə təzəcə qədəm qoyan ifaçıların müəllimləri olan ustadların ünvanına yazılırdı. Ötən müddətdə tamaşaçıların da hafizəsində bir sıra yaddaqalan məqamlar qaldı. Biz bəzən müşahidə edirdik ki, muğamın çərçivələri, qayda-qanunları, “ayaq”ları, zili-bəmi hələ sənətdə, səhnədə bişib-düşməyən yeniyetmələri ara-sıra çaşdırır, qorxudur – amma bunun özündə də bir gözəllik, bir ecazkarlıq duyulurdu. Asan deyildi, yüzlərlə muğamsevərin, sənət bilicisinin qarşısında oturasan, özü də biləsən ki, səni televiziya ekranlarından milyonlar izləyir, oxumağına, davranışına qiymət verəcəklər, müzakirə edəcəklər. Bax, bu cür şəraitdə çətin imtahandan üzağ, nöqsansız çıxmaq özü bir cəsarət, risk nümunəsi deyildimi? Bir halda ki, münsiflər heyətinin üzvləri də muğam sənətinin əsl biliciləri, bəziləri elə bu gənclərin müəllimidirsə, səhnədə keçən beş-on dəqiqədə muğamla qol-boyun olub cəngə çıxan uşaqların hansı hisslər keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil.

 

Bu axşam həssas və qədirbilən tamaşaçıların, muğam bilicilərinin qarşısına əsl yaradıcılıq hesabatı ilə çıxacaq gənclərə - Almaxanıma, Rəvanəyə, Pərvizə, Validə, Səmaya, Nurlana və Məcidə ünvanlanan alqışlardan bu müsabiqəyə qoşulan hər bir gəncə də pay düşür. Bu alqışlardan həm də gənc ifaçıların ustad müəllimlərinə də çatır. Bütövlükdə isə qazanan Azərbaycan muğamıdır, qədimdən-qədim musiqimiz, sənətimizdir. Bu xəzinəyə hər yarışmada beş-altı nəfər püxtələşmiş, yetişmiş ifa sahibinin adı yazılsa, yenə qənimətdir. Sevinməyə dəyər.Muğamımız inkişafdadır, yüksəliş yollarındadır. Bu yolu salanlara, işıqlandıranlara, gənclərimizin qolundan tutub onları pərvazlandıranlara sağ ol deyir, minnətdarlığımızı bildiririk - təbii ki, hər bir muğam həvəskarının, musiqi ovqatlı, sənət eşqli vətəndaşlarımızın adından.

 

Qanadlan, pərvazlan, Azərbaycan muğamı!

 


SON XƏBƏR
Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)