25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü?
Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü?
01.08.2017, 17:10

Hafiz Təmirov,
polis mayoru

Yanımdan şütüyüb keçən və içi meyvə-tərəvəzlə dolu olan maşından gələn “musiqi”nin sözlərini eşidəndə ayaqlarım bir anlıq yerə mixlandı. “Bratvalar Gəncə türməsindədi”.


Maşın “Yaşıl bazar”ın yanında dayandı. İçində iki yeniyetmə var idi. Bığ yerləri təzəcə tərləmişdi. Hardasa 20 yaşları olardı. Yaxınlaşıb salam verdim. “Siz heç aşıq musiqisinə, muğama qulaq asmısınızmı”, deyəndə gülümsəyib baxışdılar. Biri gülə-gülə dilləndi: “Rəhmətliyin oğlu, özün cavan oğlansan, elə musiqilərə adam qocalanda qulaq asar”. Daha əlavə sual vermək yersiz idi...


Meyxana el sənətidir, meyxana demək, sözü-sözə calayıb fikrə çevirmək istedad tələb edir.  Amma? Bu gün toylarımızda insanları şənləndirmək, toyu daha da rəngarəng etmək üçün meyxanaçılar dəvət edilir. Gecə yarıya qədər söz güləşi gedir. Qalib də olur, məğlub da. Bu məsələnin bir tərəfi. Müşahidə etmişəm, son vaxtlar toylarda narkotik vasitələri, narkomaniyanı təbliğ edən meyxanalar deyilir. Qocalı-cavanlı hamı çırtıq çalıb onlara dəstək olur. Ancaq kimsə “Burda uşaqlar var, onlara o zəhrimarı belə tanıtmayın”,- deyib irad bildirmir. Demək ki, günahkar özümüzük, demək ki, siqaretin girdabına düşən uşaqlarımıza “nəşə”ni də “tərifləməklə” sevdiririk. Ozü də harda, toylarda, gələcək ailənin təməlinin atıldığı bir gündə. Bu, sizcə, dünyanın ən böyük bədbəxtliyi deyilmi?...


Azərbaycanda hamı meyxana deyə bilər, çünki sözə yaxın xalqıq, hər birimizin içində şairlik var. Onda belə çıxır ki, istedadımızın “doza”sını qaldırmaq üçün hamımız “nəşə” çəkməliyik, narkotikə qurşanmalıyıq?


Həyacan təbili çalmağın vaxtı çoxdan çatıb və elə mövzuda meyxana deyənlərə “dur” deyilməlidir. Yazını hazırlamadan öncə saytlarda, “yutub”da  axtarış apardım. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim. Görün, hələ bu “el şairləri” nə yazırlar, nə deyirlər.

 

Namiq Həsrət:

 

Çək, qaqaş, çək bu şeyi,

Bu şeyin pisdi nəyi?

Ləzzəti çoxdu bunun,

Ziyanı yoxdu bunun...

 

Şahruz Masallı:

 

Badım şeydən bayaqları qəlyana,

İndi deyək bir muzkalnı meyxana...

 

Vasif Maştağalı:

 

Nəşələnib hallanıram,

Zır kayfda fırlanıram...

 

Səid Salyanlı:

 

Nəşəni çək, kayfını tut,

Unut, bu dünyanı unut.

Bu kayfın heç yoxdu tayı

Dilini, dodaqlarını qurut...

 


Siyahını çox uzatmaq olar. Görünür, adlarını çəkdiyim və ya çəkmədiyim bu “söz adamları”na vaxtında narkotiklərin fəsadlarından, qapımızı vaxtsız döyən bəla olmasından, ailələri viran, tarimar qoymasından danışmayıblar. Ya da ki, danışıblar, sadəcə, onlar “qaqaşlıq” edib bu nəsihətləri özlərinə yaraşdırmayıblar. Doğru yol göstərənlərə dodaq büzüb öz aləmlərinin “kayfında” olublar...


Görəsən, onlar bilirmi ki, bu gün Azərbaycanda narkomaniya və narkotiklərlə mübarizəyə xalqımız səfərbər olub. Çünki bəlanın böyüklüyünü, qarşısı alınmasa bizi məhvə sürükləyəcəyinin fərqindəyik. Doğmalarımızı, əzizlərimizi, ən əsası, gələcəyimiz olan uşaqları qorumaq üçün narkotiklərə yox deməliyik, nəinki onun təbliğiilə məşğul olmalıyıq.

Və yenə qayıdıram yazımın əvvəlinə, “Bratvalar Gəncə türməsindədi”rin təsirinə düşüb türmə aləminin havasına qol qaldırıb oynayanlara, azadlıqlarının qədrini bilməyən o uşaqlara və onların böyüklərinə. Bədbəxtliyi heç kəs könüllü olaraq çağırmır, o, özü gəlib sizi tapır-mənəviyyatsız “müsiqi”lərlə, ləyaqətsiz nümunələrlə, laqeydliyimiz və biganəliyimizlə...

Yazıma nöqtə qoymaq istəsəm də gözlərimin önündən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizədə həlak olan həmkarlarım keçir. Yeri gəlmişkən, adını da çəkmək istəyirəm: Polis polkovnik-leytenantı Namiq Musayev...


Məlumat üçün onu da deyim ki, ilin altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilib. Onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kiloqram 723,566 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub.


Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kiloqramı 564,736 qramı marixuana (58,6 faiz), 117 kiloqram 174,74 qramı tiryək (16 faiz), 146 kiloqram 486,19 qramı heroin (20,1 faiz), 2 kiloqram 480,2 qramı həşiş (0,4 faiz), 35 kiloqram 134,7 qramı digərləri (4,8 faiz), 883 qramı psixotrop maddələr (0,1 faiz) və 1545 həb təşkil edib.


Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilib. Onlardan üçü 18 yaşadək, 112-si, 18-25 yaşlarında, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı şəxslərdir. Eləcə də həmin şəxslərdən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-si qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.


Həmçinin hesabat dövründə 432 hektar 63,66 sot ərazidən 111 ton 420 kiloqram 868,99 qram (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.


“Nəşəni çək, kayfını tut” deyib gənclərimizə, uşaqlarımıza pis örnək olanlar bu qəhrəman azərbaycan oğlunu tanımazlar. Biz Azərbaycan Polisi olaraq istəyirik ki, gənclərimizin yolu türmələrdən yox, kitabxanalardan düşsün, idmançı olsunlar, bayrağımızı qaldırsınlar, əsgər kimi Aprel döyüşləri qəhrəmanlarımızın yolunu davam etdirib torpaqlarımızın azadlığı uğrunda bizimlə çiyin-çiyinə döyüşsünlər...


Dumanlı, nəşəli başlarla nə özünü qorumaq olar, nə də ki, Vətəni...


Müəllifin digər yazıları
SON XƏBƏR
Ermənistan atəşkəsi 98 dəfə pozdu
25.06.2018, 09:48

Ermənistan atəşkəsi 98 dəfə pozdu

Diqqət: bu yollarda hərəkət məhdudlaşdırılır
25.06.2018, 09:45

Diqqət: bu yollarda hərəkət məhdudlaşdırılır

Azərbaycanda 43 şübhəli saxlanıldı
25.06.2018, 09:44

Azərbaycanda 43 şübhəli saxlanıldı

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO    
25.06.2018, 09:40

Övladları Şahbaz Xuduoğlunun yubiley yaşına mahnı bəstələdilər - VİDEO  

Muharrem İnce Ərdoğanın qələbəsini ETİRAF ETDİ: “Adam qazandı!”   
25.06.2018, 09:25

Muharrem İnce Ərdoğanın qələbəsini ETİRAF ETDİ: “Adam qazandı!”  

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ
25.06.2018, 09:04

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...
25.06.2018, 08:56

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...

Manat və dolların bugünkü məzənnəsi
25.06.2018, 07:36

Manat və dolların bugünkü məzənnəsi

Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.0%)
Almaniya(10.6%)
İngiltərə(2.31%)
Portuqaliya(12.5%)
İspaniya(5.55%)
Fransa(4.62%)
Belçika(2.31%)
Seneqal(3.70%)
Rusiya(22.2%)