Modern.az

Bakı məktəblərində 4274 təqaüd yaşlı müəllim çalışır

Bakı məktəblərində 4274 təqaüd yaşlı müəllim çalışır

Ölkə

31 Avqust 2009, 10:36

CAVAN KADRLAR YAŞLI PEDAQOQLARLA ƏVƏZ OLUNMALARINI İSTƏYİRLƏR

Paytaxtdakı orta məktəblərdə işə düzəlmək üçün Təhsil Nazirliyinə müraciət edən pedaqoji ixtisaslı bəzi gənc kadrlar təqaüd yaşlı müəllimlərlə əvəzlənmələrini  tələb edirlər. Nazirlik isə hələlik belə tələbləri əsassız hesab edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Beynəlxalq və ictimaiyyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az saytına bildirib ki, hazırda paytaxtdakı 326 ümumtəhsil müəssisəsində 33408 müəllim çalışır. Onların 3641 nəfəri kişi, 29767 nəfəri isə qadındır. Ümumilikdə Bakı məktəblərində çalışan müəllimlərin 4274 nəfəri təqaüd yaşlı pedaqoqlardır. Z.Əliqızı bildirib ki, təqaüd yaşlı müəllimləri heç kim işdən çıxara bilməz: «Ola bilər ki, daha yaşlı, görmə, yerimə qabiliyyəti zəifləyən, fiziki cəhətdən müəyyən qüsurları olan müəllimlərə işdən çıxmağı təklif edək. Amma qanun imkan vermir ki, təqaüd yaşlı müəllıimlərin ərizələri olmadan, onları işdən çıxaraq». Z.Əliqızının sözlərinə görə, hazırda məktəblərdə elə pensiyaçı müəllimlər var ki, onlar işlərinin öhdəsindən cavan kadrlara nisbətən daha yaxşı gəlirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır