Modern.az

Nazir Ərdoğan-Putin barışığında İlham Əliyevin rolundan DANIŞDI  

Nazir Ərdoğan-Putin barışığında İlham Əliyevin rolundan DANIŞDI   

Dünya

1 İyul 2016, 14:28

Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşmasında Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rolundan danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, türkiyəli nazir bu barədə Sergey Lavrovla görüşdən sonra açıqlama verib.

 

“Qazaxıstan prezidenti Nazarbayev və Azərbaycan prezidenti Əliyev danışıqlarda vasitəçi kimi çıxış ediblər”.

 

Çavişoğlu İsrail baş naziri Benyamin Netanyahunun Ərdoğan-Putin razılaşmasında iştirakı məsələsini təkzib edib.

 

Mövlud Çavuşoğlu Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinlə sentyabrdakı G20 zirvəsindən daha erkən vaxtda görüşməyə hazır olduğunu da elan edib.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü