Modern.az

Zəvvarları daşıyan avtobus aşdı: 13 ölü

Zəvvarları daşıyan avtobus aşdı: 13 ölü

Aktual

3 İyul 2016, 21:30

Səudiyyə Ərəbistanının paytaxtı  Ər-Riyad və Taif şəhərləri arasında avtobus qəzası baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həlak olub, 36 nəfər yaralanıb.

İlkin məlumatlara görə, qəza avtobus hərəkət  edən zaman ön təkərlərin partlaması səbəbindən baş verib.

Qeyd edək ki, avtobusdakı sərnişinlər müqəddəs torpaqlarda Ümrə ziyarətindən qayıdan misirli zəvvarlar olub. Bildirilir ki, yorulan sürücü bir müddət sonra avtobusun idarə edilməsini oğluna verib. Bir neçə kilometr hərəkət etdikdən sonra avtobus aşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü