Modern.az

Beynəlxalq bankın ödəniş kartlarının sayı açıqlandı

Beynəlxalq bankın ödəniş kartlarının sayı açıqlandı

25 İyul 2016, 12:43

Azərbaycan Beynəlxalq Bankının 1 iyul tarixinə aktiv ödəniş kartlarının sayı 1286100-ə çatıb.

Bu haqda bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ötən bir il ərzində xidmətin keyfiyyətinin yüksəldilməsi, ATM şəbəkəsinin daha səmərəli qaydada qurulması fiziki şəxslərlə yanaşı, korporativ müştərilərin də Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığa marağını artırıb.

Bunun nəticəsində xüsusilə maaş kartlarının sayında ciddi artım baş verib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Banka aid maaş kartlarının sayı 44600 ədəd artaraq 456,600 olub.

 

Bu il ərzində Bankın ödəniş kartları ilə ümumilikdə 13,715,261 əməliyyat aparılıb. Hazırda Bankın 743 ATM-i fəaliyyətdədir və bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11,124 POS terminalı müştərilərin xidmətindədir.

 

Müştərilərinə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edən Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidməti infrastrukturunu daim inkişaf etdirməklə ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə töhfə verməyə çalışır.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü