Modern.az

Ukraynada partlayış: 3 ölü, 2 yaralı

Ukraynada partlayış: 3 ölü, 2 yaralı

29 İyul 2016, 00:16

Ukraynanın Sumski vilayətində "Ukroboronprom" müəssisəsinin sınaq stansiyasında partlayış baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 3 hərbçi ölüb, 2 nəfər isə yaralanıb.

 

Ukrayna mərkəzi regionunun Hərbi Prokurorluğunun yaydığı məlumata görə, stansiyada istifadə müddəti ötmüş döyüş sursatları boşaldılan zaman partlayış baş verib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü