Modern.az

“İzvestiya” erməninin holdinqindən ayrılır

“İzvestiya” erməninin holdinqindən ayrılır

Dünya

30 İyul 2016, 23:00

Aram Qabrielyanovun “News Media” holdinqi gələn həftənin birinci günündən “İzvestiya” qəzetini nəşr etməyəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzetin öz hüquqi şəxsi, ofisi və baş direktoru olacaq.

“İzvestiya” qəzeti Milli media qrupa (MMQ, prezidenti Kirill Kovaçukdur, iş adamı Yuri Kovalçukun qardaşı oğlu) daxildir. Ancaq qəzetin nəşrini 2011-ci ildən “News Media” ( ona “Life” telakanalı, Super.ru və Marker.ru saytları daxildir) həyata keçirirdi.

Avqustun 1-dən qəzet əvvəlki hüquqi şəxsə - “İzvestiya” Qəzeti” Açıq Səhmdar Cəmiyyətinə qayıdır.

“İzvestiya”nın artıq öz baş direktoru – Aleksey Plotnikov olacaq. O, əvvəllər “xerox Rossiya”da marketinq üzrə direktor postunu tutub. Qabrielyanov bu xəbəri şərh etməyib.

Aram Qabrielyanov 1961-ci il avqustun 10-da Dağıstan respublikasının Dərbənd şəhərində anadan olub. Milliyətcə ermənidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü