Modern.az

Prezidentlər niyə ABŞ-da GÖRÜŞMÜR?

Prezidentlər niyə ABŞ-da GÖRÜŞMÜR?

Qarabağ

9 Avqust 2016, 13:46

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində  rəsmilər mütəmadi olaraq siyasi masa təşkil edirlər.

 

Azərbaycan-Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təşəbbüsü ilə zaman-zaman bir araya gəlir.

 

Gerçəkləşən görüşlər hələ ki, nəticə verməyib.

 

Maraqlıdır ki, ABŞ-ın  təşəbbüsü ilə Azərbaycan-Ermənistan prezidentləri bir araya gəlsə də, baş tutan görüşlərin heç biri məkan olaraq Amerikada təşkil olunmayıb.

 

Sonuncu dəfə Azərbaycan Ermənistan prezidentləri  (Heydər Əliyev və Robert Koçaryan-red)  2001-ci ildə  Amerikanın Ki-Uest şəhərində görüşüblər.

 

Maraqlıdır, 20 ildən artıq zaman müddətində prezidentlərin məkan olaraq ABŞ-da bir araya gəlməməsinin səbəbi nədir?!

 

Halbuki, Cənubi Qafqazda mövcud olan Qarabağ münaqişəsi həmsədr dövlət olan Amerikanın diqqətindən heç də kənarda deyil.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında  məkan olaraq Amerikanın seçilməməsində Rusiyanın təsirini istisna etməyib.

 

“Səbəbi odur ki, Rusiya Amerikanı Dağlıq Qarabağ münaqişəsinin içində görmək istəmir. Son zamanlar Amerikanın Cənubi Qafqazdakı proseslərdə lokomotiv rolda oynamağa başlamasını müşahidə edən  Rusiyanın qısqanclığı daha da artdı. Məsələn, diqqət edin: 2-5 aprel döyüşlərindən  sonra “Dağlıq Qarabağ problemi ilə hər gün məşğul olacam və bu işi ilin sonuna qədər sona çatdıracam”- deyən Putin Bakıda başqa məsələlərdən danışır.

 

Hətta status-kvonun qorunub saxlanıla biləcəyi ehtimalına da işarə vurur. Çünki son dövrlərdə  Qərb problemin həlli ilə bağlı daha anlaşıqlı, həm də beynəlxalq hüquqa  uyğun gələn bir format təklif elədi. Formatın mahiyyəti də ondan ibarət idi ki, postsovet məkanındakı münaqişələrin həll ediməsi üçün Helsinki aktının yalnız ərazi bütövlüyü prinsipindən istifadə edilməlidir.

 

Bu xəbər Moskvaya çatdıqdan sonra Moskva etirazını biruzə verməsə də, açıqca qeyzləndiyini görürük.  Bu nəticəyə gəlmək olar ki,  Ermənistanın Qərbə meyllənməməsinin  əsas səbəbi Rusiyanın ciddi təsiri altında olmalarından irəli gəlir.  Putin Dağlıq Qarabağ problemindən danışanda deyir: “Biz çətin vəziyyətdəyik. Müttəfiqimizlə tərəfdaşımız arasında seçim etmək dilemması qarşısında qalmışıq”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı