26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Sağ qalan azərbaycanlı “qanuni oğru”lar kimlərdir? - ADLAR + FOTOLAR
Sağ qalan azərbaycanlı “qanuni oğru”lar kimlərdir? - ADLAR + FOTOLAR
19.08.2016, 14:51

Ötən gün Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı “qanuni oğru”su sayılan Rövşən Lənkəranski İstanbulda sui-qəsdin qurbanı oldu.


Bununla da, o, Seymir Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra öz əcəli ilə ölməyən növbəti azərbaycanlı “qanuni oğru” kimi tarixə düşdü.

Modern.az saytı bu yazıda Rövşən Lənkəranskinin öldürülmə səbəbini və Azərbaycanın “oğru mafiyası”nın iç savaşından deyil, MDB məkanında ciddi gücə çevrilmiş yeni nəsil Azərbaycan “qanuni oğru”larından bəhs edəcək.



1. Nadir Səlifov (Lotu Quli). O, 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. Daha çox Lotu Quli adı ilə tanınan Nadir Səlifov 2005-ci ildə Bakı məhkəməsi tərəfindən daha 15 il müddətinə azadlıqdan mərhum edilib. Oğru dünyasında ən nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Səlifov Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamadan həbsxanada omasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxacaq.


2. Rafiq Masallinski. 1982-ci il yanvarın 21-də Masallı rayonunda anadan olub. 2013-cü il fevralın 11-də Aşqabadda keçirilən “sxodka”da “qanuni oğru” adını almışdı. Həmin ilin martında Azərbaycanda həbs olunduqdan sonra Nadir Səlifovun (Lotu Quli) qərarı ilə bu addan məhrum edilmişdi. Hazırda “qanuni oğru” adı ona geri qaytarılıb.

 


3. Hacı Beyləqanski.
1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski sonuncunun İstanbulda sui-qəsdə qurban getməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb.

 


4.Rüfət Gəncinski.
1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Lakin 2013-cü ilin sentyabrında “Matrosskaya Tişina” müvəqqəti saxlanma təcridxanasında “oğru” Miriko Kutaisski tərəfindən bu addan məhrum edilib. 2015-ci ildə Türkiyədə keçirilən “sxodka”da bu ad ona geri qaytarılıb.

2015-ci il aprelin 1-də Moskva məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Voloqda vilayətində cəza çəkir. 2021-ci ilin sentyabrında azadlığa çıxacaq.

 


5.Zaur Şipilov.
1985-ci il oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. 2013-cü ilin iyulunda Rövşən Lənkəranski və Hacı Beyləqanski tərəfindən ona “qanuni oğru” adı verilib.  2015-ci il oktyabrın 7-də Moskvada həbs olunub. Moskva məhkəməsinin 2016-cı il 4 fevral tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il oktyabrın 6-da azadlığa buraxılacaq.

 

6. Eldar Səfərov (Elektrik). 1965-ci ildə Bakıda doğulub. 1996-cı ildə “qanuni oğru”lar Lazgiyan və Apakiyadan “oğru” adı alıb. Əsasən Nijni Novqorod şəhərində kriminal fəaliyyətlə məşğul olan “Elektrik” bir neçə dəfə narkotik vasitələr saxlamaq ittihamı ilə tutulub. 2003-cü ildən sonra kriminal fəaliyyəti barədə məlumat yoxdur.

 

7.Yunus Yasamalski. Yunus Nəzər oğlu Canəhmədov 1961-ci il yanvarın 23-də Bakıda anadan olub. 1984-cü ildə vətənində “qanuni oğru” adını alıb. 2003-cü ildə mayında Nijni Novqorod şəhərində saxlanılıb və Azərbaycana deportasiya olunub. 2006-cı il sentyabrın 24-də Bakıda 10 qram heroinlə saxlanılıb. Sonuncu dəfə Yunus Yasamalskinin adil kriminal xronikada 2015-ci ilin iyununda hallanıb. Həmin vaxt o, Moskvada tutularaq təyyarə reysi ilə Bakıya deportasiya olunub.

 

8.Rafət Əlibayramlinski. 1979-cu il martın 17-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 2014-cü il avqustun 28-də Türkiyənin Antalya şəhərində keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Hazırda azadlıqdadır.

 

9.Emin Hacıqabulski. Emin Camal oğlu Əhmədov 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. 2006-cı yanvarın 29-da Moskvada saxlanılıb. 2007-ci il dekabrın 10-da məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. 2013-cü il fevralın 11-də Maqadan vilayətindəki həbsxanalardan birində “qanuni oğru” adını alıb. Həmin ilin mayında Lotu Quli tərəfindən bu addan məhrum edilib.

 

10. Albert Rıjiy (Kürən).  Əli Müsaib oğlu Heydərov 1981-ci il fevralın 2-də Gəncədə doğulub. 2000, 2002 və 2008-ci illərdə Arxanqelskdə həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Kriminal aləmdə daha çox Albert Rıjiy adı ilə tanınan Əli Heydərov 2012-ci il sentyabrın 22-də Sankt-Peterburqda gürcü və erməni avtoritetlərinin iştirakı ilə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb.

2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə, həmin ilin iyulunda isə Sankt-Peterburqun Veteranov prospektində saxlanılıb. Hazırda istintaq nəzarəti altındadır.

 

11.Namiq Səlifov. Namiq Nəriman oğlu Səlifov 1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan buraxılıb. 2013-cü il avqustun 14-də İstanbulda keçirilən “sxodka”da “qanuni oğru”adını alıb.

Hazırda azadlıqdadır.

 

12.Ceyhun Gəncinski. 1975-ci il dekabrın 9-da Gəncədə andan olub. 2014-cü il avqustun 28-də Antalyada keçirilən “sxodka”da Rafət Əlibayramlinski ilə birlikdə “qanuni oğru” titulu alıb. Lakin 2015-ci il martın 5-də Moskvada baş tutan yığıncaqda Zaxari Kalaşovun (Şako Molodoy) verdiyi “proqon” əsasında bu addan məhrum edilib.

 

13.Arif Sumqayitski. Arif Nürəddin oğlu Mehdiyev 1961-ci il fevralın 25-də Göyçayda anadan olub. 1989-cu ildə 27 yaşında “oğru” adını alıb. 1996-cı ildə Bakıda, 2012-ci ildə Moskvada və 2013-cü ildə Ukraynada müxtəlif səbəblərə görə saxlanılıb. Hazırda azadlıqdadır.

 


14.Vaqif Diplomat.
Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Tbilisidə anadan olub. 2001-ci ildə Moskvada Seymur Nardaranski, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Mamed Masallinski və Qoca Bakinskinin iştirakı ilə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb.

2007 və 2011-ci illərdə Moskvada narkotik vasitələrin istifadəsinə görə saxlanılıb. 2013-cü ildən azadlıqdadır.

 

15.Rəşad Gəncinski. 1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın 11-də Moskva vilayətində keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda azadlıqdadır.

 

16.İlqar Əliyev. İlqar İbrahim oğlu Əliyev 1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan “sxodka”da gürcü avtoritetləri tərəfindən “qanuni oğru” adını alıb. 2014-cü il aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci ilin aprelində azadlığa çıxacaq.

 

17.Dato Ağcabədinski. Cavid İltizam oğlu Məmmədov 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-2009-cu illərdə Rusiyada həbs həyatı yaşayıb. 2013-cü il iyunu 27-də Yunanıstanda keçirilən “sxodka”da “qanuni oğru” adını qazanıb.

Hazırda azadlıqdadır.

 

18.Yusif Şamxorski. Yusif Nürəddin oğlu Əliyev 1971-ci ildə iyunu 18-də Şəmkirdə anadan olub. 2008-ci il noyabrın 6-da Moskvanın “Zolotoy Slon” restoranında “qanuni oğru” adını alıb. 44 yaşlı Şamxorski hazırda axtarışdadır.

 

19.Tolik Noqinski. Tahel Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub.  30 yaşı olarkən Türkiyədə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Bundan başqa, həmin ilin sentyabrında Bakıda, oktyabrda isə Minskdə profilaktika tədbirlər çərçivəsində polislər tərəfindən yoxlanılıb.

 

 

Vüqar İSMAYILOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

25.06.2017, 20:05

Prezident və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdılar 

25.06.2017, 19:20

İlham Əliyev “VTB Bank”ın prezidentini qəbul edib

25.06.2017, 18:51

"Əli və Nino" İTALİYADA

25.06.2017, 17:50

Ərdoğandan ABŞ-a FETÖ və PKK ilə bağlı XƏBƏRDARLIQ

25.06.2017, 17:41

Hindistanda kanat yolunda kabinə aşıb: 7 ölü

25.06.2017, 17:12

Prezident “Formula One Group”un icraçı direktorunu qəbul edib

25.06.2017, 17:05

Formula 1 Azərbaycan Qran-Prisinə start verilib

25.06.2017, 16:44

"Soçi "Formula 1"in keçirilməsində Bakı təcrübəsini tətbiq edə bilər"

25.06.2017, 16:39

“...məsuliyyət daşımağa hazıram”

25.06.2017, 15:53

İki qanuna dəyişiklik edilir: 5 manatdan 100 manatadək dəyişən rüsum tətbiq ediləcək

25.06.2017, 15:50

İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib

25.06.2017, 15:20

Formula-2 üzrə ikinci yarışda qalib müəyyənləşib

25.06.2017, 15:16

Kəlbəcərdən olan məcburi köçkün zəhərlənərək ölüb

25.06.2017, 14:48

Tanınmış bəstəkar: “Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən”

25.06.2017, 14:34

Formula-2 üzrə ikinci yarış başlayıb

25.06.2017, 14:29

Qadın özünü qatarın altına ataraq intihar edib - TOVUZDA

25.06.2017, 14:17

Bu axşam fitrə çıxarmağı unutmayın

25.06.2017, 14:09

Xəstəxanadan çıxan deputat iclasa qatılacaq

25.06.2017, 13:58

"F1 Village" zonasında "Formula 1" pilotlarının avtoqraf-sessiyası - FOTOLAR

25.06.2017, 13:41

Xarici media Qərb Universitetinin imtahan modelləri barədə yazıb

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(8%)
- Dənizə gedə bilmirik(22%)
- Səhhətimizə mənfi təsir edir(20%)
- Əhvalım xoşallanır(10%)
- Məhsul qıtlığı yaranır(12%)
- Təsərrüfatıma ziyan dəyir(4%)
Yağış, dolu ruzi-bıərəkətdir(24%)