Modern.az

Kəlbəcərlə bağlı yeni sayt yaradılıb

Kəlbəcərlə bağlı yeni sayt yaradılıb

Aktual

28 Avqust 2016, 20:31

1993-cü ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ilə bağlı yeni sayt yaradılıb. Modern.az saytı xəbər verir ki,  kalbajar.wixsite.com ünvanlı saytda Kəlbəcər rayonu ilə bağlı ümumi məlumatlar – tarixi, təbiəti, folkloru və s. barədə bilgilər yer alıb.

Saytın yaradıcısı Rəşad Abdullayevin Modern.az saytına verdiyi məlumata görə, uzun zamandır belə bir səhifə yaratmaq üzərində düşünüb: “Təxminən 6 ildir ki, Kəlbəcər və onun gözəllikləri ilə bağlı paylaşımlar edirəm. Bir səhifə, bir qrup və instagram səhifəsi ilə demək olar ki, hər gün Kəlbəcərin yeni video və şəkillərin paylaşıram. Sayt isə hər dəfə planım olub. Sadəcə saytı  reallaşdırmaq üçün müəyyən məlumatlar toplamaq lazım idi. Bir neçə ay üzərində işlədikdən sonra artıq saytı hazır etdim. Saytın dizaynı və ümumi yığılmasını da özüm həyata keçirmişəm. İndiyədək Kəlbəcərlə bağlı məlumat axtaranda dolğun məlumatların toplandığı sayta rast gəlmirdik. Ümid edirəm ki, bu sayt təbliğatda və gənclərimiz, eləcə də Kəlbəcər haqqında məlumat almaq istəyənlər üçün lazımlı bir sayt olacaq. Yaxın zamanlar üçün kalbajar.com və ya kalbajar.info saytı da yaradılacaq”.

 

Sayta bu linkdən daxil olmaq mümkündür: //kalbajar.wixsite.com/kalbajar93

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı