Modern.az

 “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” nədir? - Referendum aktına ŞƏRH

 “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” nədir? - Referendum aktına ŞƏRH

Parlament

30 Avqust 2016, 10:14

Sentyabrın  26-da Azərbaycanda Konstitusiyaya dəyişiklik edilməsi üçün ümumxalq səsverməsi (referendum) keçiriləcək.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında  Konstitutsiyanın 68-ci maddəsinə edilən dəyişiklikdən danışıb.

 

“Konstitutsiyanın 68-ci maddəsi “Zərərin ödənilməsini tələb etmək hüququ”nun adı dəyişdirilərək “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” qoyulub. Həmin maddədə də cinayət,  habelə, hakimiyyətdən sui-istifadə nəticəsində  zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Həmçinin, əlavə olunan odur ki, hər kəsin, dövlət orqanlarının, yaxud,  onların vəzifəli şəxslərinin qanunazidd hərəkətlərinin və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək hüququ yaranır”.

 

Deputatın fikrincə, bütün bunlar  vətəndaşlara əlavə hüquqlar verir. Üstəlik, vətəndaşın  istər özbaşınalıqdan, istərsə də  qeyri-vicdanlı davranışdan  dəymiş zərəri tələb etmək hüququ yaranır. Bu, çox gözəl hüquqdur və hesab edirəm ki,  hər bir vətəndaş bundan bəhrələnəcək.

 

Burada söhbət insan hüquq və azadlıqlarından gedir. Həmçinin, vətəndaşın  dövlət və dövlət qulluqçularının hər hansı bir qanunazidd hərəkətlərinə görə hüququ pozulubsa, dövlətin mülki məsuliyyət daşıması diqqət mərkəzində olur. Məsələn, tutaq ki, hər hansı dövlət qulluqçusunun  hansısa qanunazidd hərəkəti nəticəsində vətəndaşın hüquqları pozulub. Bu zaman  dövlət qulluqçusu ilə bərabər dövlət də  məsuliyyət daşıyır. Çünki dövlət qulluqçusu dövlətin əməkdaşıdır və dövlətin adından hərəkət edir. Bu baxımdan artıq dövlət qulluqçularının mülki məsuliyyəti yaranır”.

 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü