Modern.az

“Atatürk”adı stadiondan götürülmədi

“Atatürk”adı stadiondan götürülmədi

Dünya

31 Avqust 2016, 23:10

Türkiyədə Eskişehirspor komandasının  yeni stadionunun adı bəlli olub. Modern.az saytı xəbər verir ki, Eskişehirspor komandasının oyunlarının keçiriləcəyi yeni stadionun adı "Eskişehir Yeni Atatürk Stadı" olacaq. Eskişehir stadionunun adının “Atatürk” olması ilə bağlı müzakirələrə CHP Millət vəkili Atila Sertel də qatılaraq Atatürk adının götürülməsinin mümkünsüzlüyünü bildirmişdi.

Millət vəkilinin bu açıqlaması mediada da geniş müzakirə olunmuşdu. Belə ki, may ayında

CHP Eskişehir İl Başkanlığında mətbuat konfransı keçirən Atila Sertel stadionun adın dəyişmək istəyənlərin Atatürkə xəyanət edənlər olduğunu bildirmiş və bir gün bunun hesabını verəcəklərini qeyd etmişdi.

Bu gün isə stadionun adının “Atatürk” olmasından qürur duyduğunu bildirən millət vəkili Atila Sertel doğru olanın edildiyini bildirib.

“AKP İl Başçısı mənə “Sən nə qarışırsan, öz işinə bax” demişdi. Bir Eskişehirli olaraq və bir millət vəkili olaraq mən tələbimi dilə gətirdim. Atatürk adının kaldırılamayacağını söylədim. Tələbimizi qəbul etməsi həm mənim üçün, həm də Eskişehir əhalisi üçün sevindirici bir haldır"-, deyə o vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı