Modern.az

Mitinqdə saxlanılanlara 8 sutka inzibati həbs cəzası verilib

Mitinqdə saxlanılanlara 8 sutka inzibati həbs cəzası verilib

Aktual

19 Sentyabr 2016, 21:24

Milli Şuranın mitinqdən sonra ictimai asayişi pozmaqda ittiham edilərək saxlanılan şəxslərə inzibati həbs cəzası verilib. Modern.az saytı xəbər verir ki, lent.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər - Toğrul İbrahim, Kazım İmanov, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı, Araz Səməd, Məmməd Baləməmmədov, Şəmistan Şahverdiyev və Dəyanət Əliyev 8 sutka inzibati həbs cəzası alıblar.

 

Nurlan Sarıyev isə 200 manat cərimə olunub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, mitinqdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərə yol veriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü