Modern.az

İtaliya mətbuatı Bakıdan yazdı

İtaliya mətbuatı Bakıdan yazdı

Aktual

19 Sentyabr 2016, 22:43

İtaliyanın “Turistipercaso” jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu “Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə simaları” adlı məqalə dərc olunub. Azərbaycanın İtaliyadakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, italiyalı jurnalist məqalədə Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratları haqqında məlumat verir.

Sözügedən məqalədə Marko Lakonetti adlı italyan jurnalisti fərqli dövrlərdə Bakıya səfərinə dair söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşməsindən bəhs edir. Yazıda jurnalist 2012-ci ildə Bakıya ilk səfəri haqqında təəsüratlarını bölüşür. 2016-cı ildə Bakı şəhərinə növbəti səfərini edən italiyalı jurnalist müşahidə etdiyi inkişafdan məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir. Bakı memarlığından söz açan müəllif burada Barrokko və Neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Yeni hava limanı, "Flame Towers" haqqında məlumat verir. Bakının nəfis memarlıq abidələri, gözəl binaları şəhərin simasını çox qısa bir zamanda dəyişdiyini yazır. Ölkədəki inkişafın canlı şahidi olan Marko Lakonetti Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyini qeyd edir.

Eyni zamanda, jurnalist Bakı şəhərinin turistik imkanları haqqında geniş məlumat verir.

Yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

//turistipercaso.it/baku/75696/baku-2012-2016-il-cambiamento-della-citta-dai-mill.html

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü