Modern.az

Avropa İttifaqından Azərbaycanla bağlı mühüm MESAJLAR

Avropa İttifaqından Azərbaycanla bağlı mühüm MESAJLAR

Aktual

20 Sentyabr 2016, 14:30

Bu gün Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Milli Məclisdə spiker Oqtay Əsədov ilə görüşüb.

 

Modern.az-ın xəbərinə görə, mətbuat üçün qapalı olan görüşdən sonra nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sayyad Kərim jurnalistlərə açıqlama verib.

 

O deyib ki, ikitərəfli əlaqələr yeni inkişaf tendensiyaları yaradacaq: “Azərbaycanla münasibətlərin baş tutması üçün parlament səviyyəsində ünsiyyət təbii haldır. Amma biz Milli Məclisə gəlməmişdən əvvəl prezident İlham Əliyev ilə də görüşmüşük. Baş tutan bütün müzakirələrin nəticəsi olaraq bir məsələni aydın formada deyə bilərəm ki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələlədir. Avropa ittifaqı üçün Azərbaycan mühüm bir ölkədir.

 

Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Azərbaycanda keçirdiyimiz görüşdə bizə elə bir nəzər nöqtəsini çatdırdılar ki, bu, bizim də inandığımız məsələdir”.

 

Sayyad Kərim söyləyib ki, əvvəllər Azərbaycanla heç də yaxşı dialoq olmayıb: “Sadəcə olaraq müəyyən bir zaman kəsimi oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimiz səviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nə də Avropada yaşayan xalqlar üçün heç də xeyir verəcək hal idi. Ümidvarıq ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin nəinki qurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var.

 

Bizim üçün aydın olan bir məqam o oldu ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir. Biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü