Modern.az

Deputat erməni helikopterini vuran hərbçinin toyunda - FOTOLAR

Deputat erməni helikopterini vuran hərbçinin toyunda - FOTOLAR

Aktual

22 Sentyabr 2016, 10:08

Dünən Neftçalada Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helikopterini vurmuş hərbi qulluqçu İlkin Muradovun toy mərasimi keçirilib.

Modern.az-ın xəbərinə görə, toya Bakıdan gedən qonaqlar arasında deputat Aydın Mirzəzadə də olub.

Deputat bildirib ki, onu toya hərbçi özü dəvət edib:

“Dünən 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helikopterini vurmuş igid hərbi qulluqçu İlkin Muradovun özünün dəvəti ilə onun Neftçala rayonunun Xol Qaraqaşlı kəndində keçirilən toyunda iştirak etdim”-deyə A. Mirzəzadə bldirib. O, gəncləri təbrik edib.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü