Modern.az

Əhliman Əmiraslanov: «Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq»

Əhliman Əmiraslanov: «Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq»

Aktual

24 Sentyabr 2016, 10:39

Sabirabad rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı  seçicilərlə növbəti görüşü keçirilib.

 

Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirdi ki, bu dəyişiklik  cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcəkdir.

 

“Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov görüşdə çıxış edərək bildirdi ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişafına kömək edəcəkdir: «Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin.

 

 Yəni, təqdim olunan və 26 sentyabrda keçiriləcək Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib. Bəzi şəxslərin opponent xarakterli fikirlərinin heç bir əsası yoxdur. Azərbaycanda keçiriləcək referendum nəticəsində müəyyən çağırışlara cavab tapılacaq. Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq». Səlahiyyətli nümayəndə onu da qeyd etdi ki, prezident seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə söykənir: «18 yaşdan yuxarı özünü təsdiqləmiş şəxslər seçki prosesinə qatıla, etimad qazanaraq səs toplaya bilərlər. Prezidentin 7 illiyə seçilməsi də düzgün yanaşmadır. Bu o deməkdir ki, idarəetmə sistemi daha da  təkmilləşəcəkdir”.

 

Tədbirdə Milli Məclisin deputatı Elçin Quliyev çıxış edərək bildirdi ki, Konstitusiya dəyişiklikləri iqtisadi islahatların daha da genişlənməsinə, sahibkarların dövlət tərəfindən hərtərəfli müdafiəsinə geniş zəmin yaradacaqdır. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm. O cümlədən, sabirabadlıların da böyük əksəriyyəti dəyişikliklərə «hə» deyəcək.

 

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəliov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir. 


Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini birmənalı şəkildə ifadə etdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü