19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - “Azadlıq” radiosunun Bakı bürosundan reportaj
“Azadlıq” radiosunun Bakı bürosundan reportaj
02.11.2009, 12:00

“Redaksiyalardan reportaj” rubrikası üçün bu dəfə “Azadlıq” radiosunun Bakı bürosunu seçdik. Amma qarşı tərəf buna dərhal razılıq vermədi. Bu da təbii idi, gərək Praqadakı əsas rəhbərlikdən icazə alınaydı. Bizim müraciətimizdən bir neçə gün sonra Praqadan müsbət cavab alındı. Və beləcə mən yollandım “Azadlıq”ın Bakı xidmətinin redaksiyasına.
Bilməyənlər üçün xatırladım ki, bir neçə dəfə ofisini dəyişməli olan “Azadlıq” radiosu indi Cəfər Cabbarlı küçəsindəki «Caspian Plaza» Biznes Mərkəzinin ikinci  mərtəbəsində fəaliyyət göstərir.
10.30-da “Azadlıq”daydım. Radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bir gün əvvəldən həmin vaxtda gəlməyi vacib saymışdı.
Radionun redaksiyasında məni “Azadlıq”ın əməkdaşı Aytən xanım qarşıladı. Elə ilk həmsöhbətim də o, oldu. Doğrusu müxbirləri tanımadığımdan Aytəni də reportyor sanmışdım. Amma söhbət əsnasında məlum oldu ki, onun vəzifəsi redaksiyaya gələn qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək, qəzetlərin “Azadlıq”ın materiallarına istinad edib-etmədiyini dəqiqləşdirmək, məktubların qəbuluna nəzarət etməkdir. Bir sözlə, bu xanım bir xeyli işi idarə edir.
Redaksiya üzvlərinin siyahısını da mənə o, verdi.

Altı əməkdaşın planlaşdırması


Mənim gəlişimdən bir qədər sonra “Azadlıq”da planlaşdırma başladı. Amma planlaşdırmada redaksiyanın cəmi 6 əməkdaşı  iştirak edirdi. Planlaşdırmanı iki ildir Bakı bürosunda redaktor vəzifəsində çalışan Arifə Kazımova idarə edirdi. Arifə xanımın sözlərinə görə, səhər planlaşdırmasını adətən o, aparır, axşam planlaşdırmasını isə Xədicə İsmayılova.
Arifə Kazımovadan planlaşdırmada müxbirlərin hamısının iştirak etməməsinin səbəbini soruşdum. Cavabı belə oldu: “Bəzən müxbirlərimizin bir neçəsi planlaşdırmaya gecikir. Bizdə bir qədər sərbəstlik, demokratik mühit var, işçilərimizi belə gecikmələrə görə sıxışdırmırıq. Çünki belə hallar daimi olmur”.
Müşahidələrimdən belə qənaətə gəldim ki, planlaşdırmada yeni ideya və təkliflərlə çıxış edən tanınmış jurnalist Babək Bəkirli daha fəal idi. Radionun əməkdaşları mövzularla bağlı qısa müzakirələrdən sonra tapşırıqları alıb iş başına keçdilər.

“Azadlıq”da işləməyin şərtləri

Arifə Kazımova dedi ki, “Azadlıq”da senzura yoxdur, sərbəstlik var. Bir də burada işləyənlər peşəkarlardır, onlar nəyi necə yazmağı yaxşı bilirlər: “Kollektivin ən gözəl xüsusiyyəti arada intriqaların olmamasıdır”.
”Azadlıq”ın Bakı bürosuna işə götürülmənin bir sıra vacib şərtləri var. Ən əsası isə ingilis dilini bilməkdir. Digər şərtlər məharətlilik, obyektivlik, dəqiqlik, tərəfsizlik və balansı gözləməkdir.

Yaddaşlardan silinməyən kədərli hadisə


Nəhayət günorta saatlarında radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova gəlib çıxdı. Onunla söhbət etmək istədiyimi  bildirəndə əvvəlcə etiraz edərək “mənim vaxtım yoxdu” dedi. Amma mən əl çəkmədim və onu birtəhər 2 dəqiqəlik sual-cavaba razı sala bildim. Bilirdim ki, çətini söhbətə başlayıncadı, sualların ardı gəldikcə, cavab verməyə məcbur olacaq.
Xədicə xanım dedi ki, 2008-ci il iyulun 1-dən “Azadlıq”ın Bakı bürosunun rəhbəri təyin olunub. Onun sözlərinə görə, redaksiyasda hər kəs öz üzərinə düşən işi, ona verilən tapşırığı yerinə yetirməlidir: “Tənbəl, aktiv olmayan adamın burda yeri yoxdur. Biz verilən imkanlardan asılı olmayaraq öz işimizi maksimum görürük”.
Xədicə İsmayılovanın sözlərinə görə, 2004-cü ildən rəsmən fəaliyyətə başlayan «Azadlıq» radiosunun Bakı bürosunda 19 ştatlı, 8 ştatdankənar işci çalışır. O, «Azadlıq»ın sərbəst yayımının əngəllənməsini təəssüf hissi ilə xatırladı: “Radiomuzun FM dalğasında yayımının dayandırılması heç yadımızdan çımayan kədərli bir hadisədir. 2009-cu ilin ilk günündə Milli Televiziya və Radio Şurasının qərarı icra olunmalıydı. Hamımız qəbuledicinin ətrafında çox həyəcanla gözləyirdik ki, doğrudanmı FM dalğasında yayımı dayandıracaqlar? Deyilən vaxtdan bir neçə saniyə keçdi, amma efir kəsilmədi. Biz çox sevindik və içimizdə ümid yarandı. Ancaq bu sevinc uzun çəkmədi. Gözlənilənlər baş verdi. Onu da deyim ki, həmin bir neçə saniyəlik ümid ömrümün axırına kimi yadımnan çıxmaz. Biz sərbəst yayımdan məhrum olmaqla çoxlu sayda dinləyici ilə əlaqəni itirdik. Gözləyirdik ki, “Azadlıq”ın yayımının bərpası üçün Amerika və Azərbaycan arasında aparılan danışıqlar problemin aradan qalxması ilə nəticələnəcək. Ancaq Azərbaycan hökuməti buna ümid yeri qoymadı”.
Xədicə İsmayılova FM dalğasında yayımı dayandırılan “Azadlıq” radiosunun bütün çətinliklərə rəğmən özünün dinləyici və oxucu auditoriyasını qoruyub saxlaya bildiyini dedi.

Saytın rusca versiyası işə başlayacaq

“Biz əlimizi yanımıza salıb oturmadıq,  diqqəti internet səhifəmizə yənəltdik. Saytımızda multimedia layihələrə, maraqlı rubrikalara başladıq. Həm də peyklə yayıma start verdik. Bu addımlar sayəsində bizim Azərbaycanın  regionları ilə itməkdə olan əlaqələrimiz gücləndi. Təsəvvür edirsinizmi indi bizə regionlarda nə qədər çox dinləyici qulaq asır? Redaksiyamıza göndərilən məktubların çoxluğu bunu bir daha sübut edir”-deyə radionun Bakı xidmətinin rəhbəri bildirdi.
Həmsöhbətim dedi ki, artıq “Azadlıq”ın internet səhifəsinin rus dilində olan versiyası da hazırlanıb. Onu rus dilində alternativ, balanslı və dəqiq informasiyaya ehtiyacı olan zümrə üçün hazırlayıblar. Hazırda saytın rus versiyası üzərində tamamlama işi gedir. Yaxınlarda rəsmən fəaliyyətə başlayacaq. “Mən bir oxucu kimi “Azadlıq”ın internet səhifəsindən gözümü çəkə bilmirəm. Bizim kollektiv çətinliyi imkana çevirmək bacarığını maksimum göstərib”. Bunu da Xədicə İsmayılova dedi.

Praqa onlardan razıdır


“2 dəqiqəli söhbət” xeyli uzandı. Xədicə İsmayılova bildirdi ki, Praqada Bakı bürosunun fəaliyyətindən razıdırlar: “Rəhbərlik  bizdən razıdır. Çünki hər il monitorinq keçirilir. Hətta monitorinqlərin birinə məni də dəvət etmişdilər. Bu yadımda qalan xoş məqamlardan biridir”.
Xədicə xanımın sözlərinə görə, radionun Bakı redaksiyasının fəaliyyəti ilə bağlı monitorinqin yekununda komandaya ünvanlanan bütün xoş sözləri yalnız o, eşidib: “Buna görə əməkdaşlarımıza minnətdaram ki, həmin xoş anı mənə yaşatdılar. 18 mart referendumunda da «Azadlıq» radiosunun fəaliyyəti ilə bağlı heç bir irad olmamışdı. Rəhbərlik də buna təccüblənmişdi”.

Daxili və xarici mükafatlar


“Azadlıq”ın “Ayın ən yaxşı reportajı” adlı daxili mükafatı var. Bu mükafatın qalibi Praqadakı əsas ofisdə seçilir.
Xədicə İsmayılovanın sözlərinə görə, istər yerli, istərsə də beynəlxalq mükafatlar onlar üçün qiymətlidir: “Hərdən müsabiqə təşkilatçıları mənə deyirlər ki, əgər ayıb olmasaydı, onlar bütün mükafatları yalnız “Azadlıq” radiosuna verərdilər. Bizimçün isə əsas mükafat dinləyicilərdən gələn məktublardır”.
Həmsöhbətim dedi ki, Azadlıq”ın müxbirləri Sevda İsmayıllı Babək Bəkir müsabiqələrdə sonuncu mükafat alan əməkdaşlardı.

“Azadlıq”ı boğmaq istəyənlər

Xədicə İsmayılova ilə söhbətim zamanı “Azadlıq” radiosunun Naxçıvandakı müxbir postunun işinə də toxunduq. O, bildirdi ki, radionun Naxçıvan müxbiri Məlahət Nəsibova tez-tez təzyiqlərlə üzləşir: “Naxçıvanda o cür ağır şəraitdə işləmək çox çətindi. Məlahət xanımın işinə heyranam. Belə işin nəticəsində o, bu yaxınlarda Norveçdə nüfuzlu bir təşkilatın insan hüqüqları üzrə mükafatını aldı”.

Radio daim yeniliklər edəcək

X.İsmayılova işçilərinin ona münasibətini belə təsvir etdi: “Işçilər mənə “Xədicə xanım”-deyə müraciət etsələr, özümü çox qoca hiss edərəm. Mənə elə öz adımla müraciət edirlər ki, bu da xoşdur”.
“Azadlıq” da həmişə yeniliklərin olduğunu qeyd edən büro rəhbəri hazırda müxtəlif layihələr üzərində işlədiklərini dedi: “Saytımızda video xəbərləri artırmaq imkanımız var. Bu, müxtəlif aspektlərdə olacaq. Amma nəyin necə olacağını hələ dəqiq deyə bilmərəm. Çünki indi bu istiqamətdə işləyirik. Bir sözlə, “Azadlıq”da həmişə yeniliklər var, olacaq da...
Bacarıqlı komandanın sayəsində bütün maneələri dəf edəcəyik”.

Qaradinməz redaktorlar

Xədicə İsmayılova ilə “2 dəqiqəlik söhbət”i yekunlaşdırandan sonra radionun digər əməkdaşlarıyla söhbətləşdim.
İndiyədək “Azadlıq” da müxtəlif vəzifələrdə çalışan Etibar Rəsulov hazırda veb-redaktorudu. Ondan bu iki kəlmə sözü güclə qopara bildim. Heç şəklini də çəkməyə qoymurdu, bir təhər saqqızını oğurladım.
Növbəti həmsöhbətim də veb-redaktor oldu. Məlum oldu ki, ona redaksiyada “Professor “ ləqəbi verilib. Həm də özünün istəyi ilə. Söhbətə başlayanda da məni aldatmağa çalışdı, özünü Tapdıq Fərhadoğlu kimi qələmə verdi. Mən də onun kələyini göydə tutdum, yenə bir başqa ad çəksəydi ayrı məsələ, çünki jurnalistikada yeni olmağıma baxmayaraq bir xeyli həmkarımı, o cümlədən Tapdıq Fərhadoğlunu tanıyıram. Nə isə, yerindəcə aydınlaşdırdım ki, əsl adını gizlətməyə çalışan bu yoldaş, Yalçın İmanovdu. Şəklini niyə çəkməyə qoymadı, onu anlamadım. Mən redaksiyanı tərk edənə kimi, sərvaxt oldu ki, birdən fotokameranı ona tuşlayaram. Hətta arada ciddi-ciddi dedi ki, onun şəkilini çəkəcəyim təqdirdə məni məhkəməyə verəcək. Mən də çəkmədim, amma bu sözə görə deyil, sadəcə özü istəmədiyinə görə.

“Azadlıq”ın azad müxbirləri...

“Azadlıq” dakı “Qaynar xətt” in aparıcısı Səadət Akifqızı əvvəllər radionun bölgə müxbiri işləyib. Səadət xanım da “Azadlıq”da senzuranın yoxluğundan danışdı: “Başqa mətbuat orqanlarında çalışan həmkarlarımın deməyindən bilirəm ki, onların redaksiyalarında senzura var. Ancaq bizdə yaradıcılıq imkanları daha genişdir”.

19 ildir mətbuat sahəsində çalışan Aygün Muradxanlı “Azadlıq”ın əsas müxbirlərindəndir. Onun reportajlarının böyük dinləyici auditoriyası olduğunu dedilər. Həmkarımın başını qaşımağa vaxtı olmadığından mənimlə söhbətə zaman ayıra bilmədi.

“Azadlıq”ın FM-də yayımlandığı vaxtlarda “Can Bakı” verilişini aparan Sevda İsmayıllı indi həmin proqramı internetdə-bloqda hazırlayır. O, həm də radiodakı “İz” mədəniyyət proqramının aparıcısıdır. Sevda xanım dedi ki, redaksiyanı canlandıran məhz o, olub: “Məncə bu kollektivi ruhlandıran, ona canlılıq gətirən mən oldum. Görünür bu sənətin spesifikasındandır”.

Hər saatın tamamında mikrafon arxasına keçib “Xəbərlər”i səsləndirən Sevinc Hüseynzadə həm də “Qafqaz qovşağı” verilişinin aparıcısıdır. Ona yanaşmaq, işinə mane olmaq demək idi.

Kəbiran Dilavərli redaksiyada sosial mövzuların hazırlanması üzrə ixtisaslaşıb. Ona maaşı barədə sual verəndə “biz maaşımızın məbləğini məxfi saxlayırıq” deyib söhbəti başqa istiqamətə yönəltdi. Sonradan mənə məlum oldu ki, bu redaksiyada maaşın məbləği barədə bir-birinə nə isə demək qadağan edilib.

Ülkər Akifqızı “Azadlıq”ən gənc əməkdaşlarından olmasına baxmayaraq “universal müxbir”di. O, həm “Xəbərlər”də,  həm də “14-24 “verilişində aparıcılıq edir, üstəlik videoreportajlar da hazırlayır.

Radioda yenicə çalışmağa başlayan Gülər Qasımova hələ özünə yer tapa bilməyib. Amma eybi yoxdur, qoy hələ özünə yer eləsin, onda gör o birilərinə neyləyəcək. Gülər Xədicə xanımı öz müəllimi adlandırdı, dedi ki, həmişə ondan nümunə götürür.

“İşdən sonra” verilişinin prodüsseri Gülarə Babayeva redaktorlar kimi, nə danışdı, nə də şəklini çəkməyə razılıq verdi.

Xədicə xanımın reportajlarına heyran olduğu Durna Səfərli gənclər üçün hazırlanan “14-24” proqramının aparıcısıdır. O, həm də “Qaynar xətt”ə gələn şikayətləri araşdırmaqla məşğul olur.

“14-24” proqramının digər aparıcısı Vüsalə Əlibəylidir. O, Gürcüstana oxumağa gedib. “Azadlıq” ümid edir ki, təhsilini başa vurandan sonra Vüsalə radioda işinə davam edəcək.

Redaksiyada olduğum zaman radionun cənub bölgəsi üzrə  müxbiri Müstəcəb Məmmədovla da tanış oldum. O, Masallı və Salyan zonasından xeyli xəbər gətirmişdi.

Ştatdankənar müxbir Səbinə Vaqifqızı və fotomüxbir Abbas Atilayın başı yazı-pozuya elə qarışmışdı ki, onları işdən ayırmaq mümkün olmazdı.

Əvvəllər səs rejissoru olan, indi video-fotomüxbir vəzifəsinə keçən Cavanşir Ağamalıyev işini o qədər çox sevdiyini dedi ki, hətta yenidən dünyaya gəlsəydi, yenə bu peşəni seçərdi.

”Azadlıq”ın digər səs rejissoru Rövşən Həsənovu da sizə tanıdım. O, şüşə arxasından xəbər aparıcısına əllə müxtəlif işarələr, “him-cim” etməkdən birtəhər olmuşdu.

Jurnalistika sahəsinə xüsusi “sevgi”si olan adminstrator Yəhya Mirzəyev öz işini belə təsvir elədi: “Mənim işim zir-zibilli işlərə baxmaqdır”.

Yenicə subaylığın daşını atan “Akademik” ləqəbli Natiq Məmmədov, müxbir Şahnaz Bəylərqızı məzuniyyətdə, Rövşən Qəmbərov ezamiyyətdə olduqları üçün işdə deyildilər.

Stajlı əməkdaşlar


Mövzuları həmişə özü seçən, radionun Prezident Administrasiyası və parlament üzrə müxbiri İlqar Rəsul 2004-cü ildən “Azadlıq”da çalışır. Büro rəhbərinin dili ilə desək İlqar “Tanınmışlar” proqramında insanların iç dünyasını tanıdır. Onun sözlərinə görə, bu redaksiyada məsuliyyətsizlik mümkünsüzdür.

Radionun araşdırma qrupunun rəhbəri Babək Bəkirin fikrincə, “Azadlıq”ın missiyası onun azadlığını heç də məhdudlaşdırmır. Həmsöhbətim dedi ki, hazırda “Azdalıq”da ən çox işləyən odur. Babəki bayaq Xədicə xanım da tərifləmişdi: “Babək Bəkir həm etik, həm də balanslaşdırma cəhətdən ölkədə ən təcrübəli və professional jurnalistdir. Mən Azərbaycanda ikinci belə jurnalist tanımıram”.

Kollektivin “Qadası” ləqəbi verdiyi, “Şəffaflıq” proqramının aparıcısı Maarif Çingizoğlunu da təxribata çəkib, ondan maaşının məbləğini soruşsam da, cəhdlərin nəticəsiz qaldı. “Qadası” ləqəbinə gəlincə, həmkarımın sözlərinə görə, gün ərzində bu sözü tez-tez işlətdiyi üçün onu belə çağırırlar. Yeri gəlmişkən, onun həm də çox ünsiyyətcil adam olduğunu qeyd etməliyəm.
Maarif Çingizoğlu mətbuat konfranslarında çox darıxdığını söylədi. Bunu həmin tədbirlərin atmosferi ilə əlaqələndirdi.

Özünüreklam

“Azadlıq” yeganə radiodur ki, onun efirində reklam səsləndirilmir. Radio yalnız özünü reklam edir, vəssalam. Özünüreklam işinə baxan Rafiq Məmmədli həm də radionun saytında xırda məsələlərlə məşğul olur: “Biz özümüzü reklam edirik. Kommersiya təşkilatı olmadığımız üçün  reklamla məşğul olmuruq. Veb-səhifənin bəzi işlərinə də mən baxıram”. Rafiq bəyi öz otağında lentə almaq istəyəndə, qızlar qoymadılar.  Otaq yaman qarışıqlıq idi ona görə.

“Azadlıq”ın səliqəsi

Redaksiyanın kiçik bir mətbəxi də var. Mətbəxdə özünəxidmət qaydası hakimdir. İşçilərin “Mətanət xala”-deyə müraciət etdikləri xidmətçi əməkdaşlardan yaman razılıq etdi. Dedi ki, səliqə-səhmanda, təmizkarlıqda onlara söz ola bilməz. Beləcə, üç ildir burada çalışan Mətanət xala heç kimin paxırını açıb-ağartmadı.
Onu da qeyd edim ki, “Azadlıq” radiosunun Bakı bürosunda da ənənə var. Bayram və ad günlərində hamı bir yerdə deyib-gülməli, şənlənməlidir. Bunu divara “Ad günlərinin siyahısı” adlı cədvəlin vurulması da təsdiq edirdi.

Missiya

«Azadlıq» radiosunun missiyası xəbərlər və ideyalar yaymaqla demokratik dəyərlər və institutları dəstəkləməkdən ibarətdir.
Radio bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir. İndi «Azadlıq» radiosu avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna dillərində verilişlər yayır.
Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar.
Görəsən «Azadlıq» radiosu Azərbaycanda öz missiyasını nə vaxt başa vuracaq?

 

 


 

 


Bura "Azadlıq"dır

İş yeni başlayır

  Altı müxbirin planlaşdırması

Xədicə İsmayılova: "Praqada işimizdən razıdırlar"

Administrator Yəhya Mirzəyevun işi yaman çoxdur

 

Arifə Kazımova: "Bizdə senzura yoxdur"

 

Reportajlarında balansı qoruyan təcrübəli Babək Bəkir

 

Bakı kəndlərinin problemlərini daim gündəmdə saxlayan Aygün Muradxanlı

 

Aytən qəzetlərin "Azadlıq"ın materiallarına istinad edib-etmədiyini dəqiqləşdirir

 

Müstəcəb Məmmədov: "Heç bilirsiz bölgələrdə nə qədər problem vaar?

 

Cavanşir Ağamalıyev işinin vurğunudur

 

Durna Səfərli "qaynar xətt"ə daxil olan növbəti şikayətlə tanış olur

 

İş arasında çay fasiləsi

 

"Azadlıq"ın qaradinməz veb-redaktoru Etibar Rəsulov

 

Tanınmışların iç dünyasını tanıdan İlqar Rəsul

 

Kəbiran Dilavərli: "Maaş barədə məndən heç nə soruşma"

 

Maarif Çingizoğlunu yenə mətbuat konfransına çağırırlar

 

Rafiq Məmmədli: "Biz özümüzdən başqa heç kimi reklam etmirik"

 

Səs rejissoru Rövşən Həsənov diqqətini aparıcıya yönəldib

 

"Bayaq əllə işarə edəndə, nə deyirdin?"

 

Səadət Akifqızı müsahibi ilə danışır

 

Sevda  İsmayıllı "Azadlıq"da canlanma yaradıb

 

Sevinc Hüseynzadə "Xəbərlər"i səsləndirir

 

Radionun "universal müxbiri" Ülkər Akifqızı

 

Ştatdankənar əməkdaş Səbinə Vaqifqızı ştata düşəcəyinə ümid edir

 

Abbas Atilay yenə fotomontajla məşğuldur

 

Mətanət xala səliqə-səhman yaradır


Hamı bir yerdə

Günay MUSAYEVA


 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Bir nefer
02.11.2009, 12:43

Maraqlıydı... Əsas da şəkillər...

seva
02.11.2009, 13:43

ela

Maarif
02.11.2009, 14:47

Chox saq ol Gunay xanim , Ela!

Elçin
02.11.2009, 18:28

Həmişə səsini eşitdiyimiz amma üzünü görə bilmədiyimiz jurnalistləri bizə göstərdiyiniə görə Modern.az-a təşəkkürlər

jurnalistik
02.11.2009, 21:55

en boyuk arzum "Azadliq"da ishlemek idi. reportaji oxuyandan sonra bu isteyim daha da artdi...

Xaqani
03.11.2009, 19:36

Mene ele gelir "Azadliq" emekdashlari esl peshakarlardirlar. Amma bu, hec de ozunden razilıga haq qazandirmir. Dostlar, incimeyin!!!!

Səbinə
04.11.2009, 11:36

Günay xanım, əllərinizə sağlıq.

Gulnar
07.01.2010, 11:15

sevinirem ki, Azerbaycanda oksigen buraxan yawil adalar hele de movcuddur...Uwaqlar,her birinize ugurlar.qelemin gucu boyuk olur. Yazinin muellifine ise xususi tewekkur.

Perviz
04.02.2010, 20:50

Her wey superdi , esasda bir nefer ancaq adini cekmeyecem))))

Perviz
04.02.2010, 20:57

cox sagolun her birinize tewekkurler...

Fərhad
15.02.2010, 20:14

Bunlardan görəsən kəmsavad, Daimioxucu adlı şəxslər hansılardır?!

fe
02.04.2010, 02:30

uğurlar, en çoxda birine...))

Ziya
21.04.2010, 14:46

"Azadlıq" Vətənimizin ağciyəridir.Bütün vetenini sevenlere öz islerinde uğurlar.Hami oz ishi ilə vetenini sevdiyini sübut etmelidir. Günay xanıma en basda coxsagolumu bildirirəm!!! Gəlin veteni birgə inkişaf etdirek!!!

Maarif Meherrembeyli- kino rejissor
23.05.2011, 15:22

Size uqurlar ! Yeni -yeni yaradiciliq nailiyyetleri ! Aygün Muradxanlınin meqaleleri xususen cox maraqlidir! Menden butun kolletive salamlar !!!

Maarif
23.05.2011, 15:25

SIZLERE YENI _YENI UQURLAR !!!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV