2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.
Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.
Qurum rəsmisi deyib ki, 8 ay ərzində qeydə alınan 42179 nikahdan ən çoxu yay ayında bağlanıb:
“Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb”.
R.Süleymanovun sözlərinə görə, 2016-cı ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 8589 boşanma halı qeydə alınıb:
“Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb”.
Gülşən RAUFQIZI