Modern.az

Erməni əsgər yol qəzasında ölüb

Erməni əsgər yol qəzasında ölüb

Dünya

27 Oktyabr 2016, 20:45

Ararat vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun hərbi qulluqçusu ölüb. Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, oktyabrın 26-dan 27-nə keçən gecə 01 radələrində “Oplel Astra” yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan 19 yaşlı əsgər David Vardanyan aldığı xəsarətdən ölüb.

Avtomobildəki digər 3 nəfər, 20 yaşlı Filip Mkrtçyan, 21 yaşlı Albert Qevorkyan və 14 yaşlı T. Qalstyan xəsarətlərlə Yerevandakı “Erebuni “xəstəxanasına yerləşdiriliblər.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü