Modern.az

ABŞ-ın yeni prezidenti planlarını AÇIQLADI  

ABŞ-ın yeni prezidenti planlarını AÇIQLADI   

Ölkə

9 Noyabr 2016, 15:56

Demokratlar Partiyasının namizədi, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini tanıyıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Klinton rəqibi Donald Trampı qələbə qəzanması münasibəti ilə təbrik edib.

 

Donald Tramp isə qələbə nitqində deyib ki, ABŞ-dakı problemləri həll edəcək.

 

“Mən bütün vətəndaşlara söz verirəm ki, bütün amerikalıların prezidenti olacağam. Mən amerikalılar üçün daha işıqlı gələcək istəyirəm. Biz yollar salacağıq, körpülər, tunellər xəstəxnalar, aeroportlar tikəcəyik, infrastrukturumuzu bərpa edəcəyik” –deyə o bildirib.

 

Trampın sözlərinə görə, o, ABŞ-ın maraqlarını hər şeydən yüksək tutacaq.

“Mən bütün dünyanı inandırmaq istəyirəm ki, ABŞ-ın maraqlarını önə çəkməyə davam edəcəyəm. Biz bu halda dünya dövlətləri ilə əməkdaşlıq edəcəyik. Biz münaqişə üçün yox, əməkdaşlıq üçün addımlar atacağıq”

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır